Previous Next
Bağla

"Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndiriləcək

23-04-2024 11:09
"Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndiriləcək

2024-2025-ci tədris ilindən “Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorlarının iştirakı ilə onlayn görüş keçirilib.

Bu barədə Xeberler.az -a BŞTİ-dən bildirilib.

Görüşdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları iştirak ediblər.

Görüşdə bildirilib ki, “Rəqəmsal bacarıqlar” layihəsi şagirdlərdə alqoritmik düşüncənin, layihə işləmə bacarıqlarının və məntiqi inkişafın, proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədi daşıyır. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir.

Tədbirdə “Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində lazımi dəstəyin göstərilməsi üçün məktəb rəhbərliyinin üzərinə düşən vəzifələr barədə danışılıb. Qeyd olunub ki, 2021-2022-ci tədris ilindən etibarən layihə çərçivəsində təhsilini İT sahəsi üzrə davam etdirmək istəyən 10-cu sinif şagirdləri üçün informatika fənninin dərindən tədris olunduğu təmayül siniflər açılıb.

Sonda layihənin icrası ilə bağlı iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib, müvafiq mövzularla bağlı fikir mübadiləsi aparılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Məktəblilərin “Rəqəmsal bacarıqlar” və STEAM layihələrinə marağı artır

03-12-2024

“Rəqəmsal bacarıqlar” layihəsi 510 min şagirdi əhatə edir

29-10-2024

“Rəqəmsal bacarıqlar” layihəsi 500 min şagirdi əhatə edir

25-09-2024

“Rəqəmsal bacarıqlar” layihəsi 275 mindən çox şagirdi əhatə edir

24-12-2025

270 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub

17-06-2025

İnformatika fənni yeni formatda tədris ediləcək-Video

25-12-2017

Rəqəmsal bacarıqlar pilot layihəsi uğurla davam etdirilir

04-10-2018

Qrant layihəsinin təqdimatı keçirilib

30-08-2018

Rəqəmsal bacarıqlar layihəsi çərçivəsində ixtisasartırma təlimi

20-11-2018

I sinfə elektron qeydiyyatla bağlı onlayn görüş keçirilib

18-04-2025

Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması tətbiq olunacaq

15-09-2025

Bakı Şəhəri üzrə 215 məktəbdə STEAM layihəsi tətbiq edilib

13-06-2025

STEAM layihəsi paytaxt üzrə 200 minə yaxın şagirdi əhatə edir

22-12-2025

Təhsil sahəsində elektron xidmətlərin genişləndirilməsi müzakirə olunub

16-11-2018

Rəqəmsal bacarıqlar üzrə qiymətləndirmə 118 mindən çox şagirdi əhatə edib

03-03-2026

Rəqəmsal qaydada keçirilən qiymətləndirmənin əhatə dairəsi genişləndiriləcək

18-07-2022

Kitabxanaçılar İKT-dən necə istifadə etməli?

14-12-2017

“Rəqəmsal məktəb” platforması 500 mindən çox şagirdi əhatə edir

04-07-2025

"Sinifdən liderliyə: tədrisdə innovativ yanaşmalar" adlı təlim baş tutub

24-02-2025

Paytaxtda 43 mindən çox şagirdin elektron yerdəyişməsi aparılıb

17-06-2025

Hansı məktəbin saytı operativdir?-Müsabiqə

12-10-2017

“Rəqəmsal məktəb” platformasından istifadə üçün təlimlərin təşkili davam edir

28-11-2025

Məktəblilər arasında fənn müsabiqələri keçirilib

07-11-2015

Ən yaxşı məktəb saytları seçilib

16-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə