Koronavirus pandemiyası biznesdə yeni normanı müəyyənləşdirdi. Ümumiyyətlə “yeni norma” dəyişikliklər toplusunun kütləvi qəbulu və istifadəsi deməkdir. Hazırda yeni normaya əsasən bizneslər fəaliyyətlərini davam etdirmək üçün rəqəmsal transformasiya etməli oldular. Rəqabətqabiliyyətli bizneslər işlərini onlayn təşkil etməyə, xidmətlərini məsafədən göstərməyə və əməkdaşlıqlarını isə video konfranslar üzərindən qurmağa başladılar. Pandemiyanın yaxın zamanlarda bitəcəyini gözləsək də, yeni normanın gətirdiyi bu yeniliklərin hələ uzun müddət bizimlə qalacağını deyə bilərik.
Rəqəmsal Ticarət Qovşağının rəhbəri Nicat Əsədli bildirir ki, buna səbəb, yeni normanın bizneslər üçün ənənəvi fəaliyyət formasından daha sürətli, səmərəli və əlverişli olması ilə bağlıdır. Bizneslər yeni norma fonunda rəqəmsal tranformasiyanın avantajları ilə hələ indi tanış olsalar da, Azərbaycan Respublikası prezidentinin Fərmanı ilə yaradılan Rəqəmsal Ticarət Qovşağı (RTQ) yeni normanı hələ 2017-ci ildən tətbiq etməyə başlayıb. Qovşaq bu dövr ərzində bir çox istiqamətlərdə yeni layihələr tətbiq etmiş, həm yerli həm də xarici biznes nümayəndələrinə innovativ xidmətlər təqdim edib.
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Estoniyadan sonra dünyada ikinci elektron və birinci mobil rezidentlik təqdim edən platforma olub. m-Rezidentlərin məsafdən biznesə başlaması, bank hesabı açması və dövlət xidmətlərindən istifadə etməsi üçün inteqrasiyalar aparılmış, yeni imkanlar yaradılmışdır. Bu yeniliklər nəticəsində m-Rezidentlər biznesdə yeni norma ilə artıq uzun müddət öncə tanış olublar. Yeni normanın üstünlüklərini anlayan 30 ölkədən 100-dən çox əcnəbi sahibkar proqrama müraciət edib və Azərbaycanın rəqəmsal rezidentliyini əldə edib.
N.Əsədli bildirir ki, Rəqəmsal Ticarət Qovşağının təqdim etdiyi yeni norma yerli sahibkarları da əhatə edib. www.dth.az internet saytında Onlayn Vahid İxrac ərizəsi fərdi və hüquqi şəxslərə ixrac sənədləri üçün elektron müraicət imkanı təqdim edib. Bu resurs vasitəsilə sahibkarlar Asan İmzaları ilə Sərbəst Satış Sertifikatını tam onlayn almaq üçün elektron müraciət etmək imkanı qazanıb. Onlayn Vahid İxrac ərizəsinin “yalnız bir dəfə” (only-once) və intellektual məntiq prinsiplərinə əsaslanaraq yenidən təşkili başlayıb. Yaxın zamanlarda mənşə, fitosanitar, baytarlıq, qida təhlükəsizliyi sertifikatı və gömrük bəyannamələri də onlayn vahid pəncərədən əldə ediləcək.
Yeni norma mühitində təqdim edilən xidmətlərin ən son texnoloji infrastrukturun üzərindən qurulması zəruridir, bu səbəblə RTQ-də qurulmuş sistem üçün X-Road 6 və 7 texnologiyasından istifadə edilib. Estoniya, Finlandiya və Yaponiya kimi dövlətlər tərəfindən tətbiq edilən bu sistemdən istifadə gələcəkdə beynəlxalq əməkdaşlıqlar zamanı informasiya mübadiləsinin daha sürətli və səmərəli həyata keçirilməsinə dəstək olacaqdır. Azərbaycanda məhz RTQ-də bu qabaqlayıcı sistemlərin tətbiqi növbətii illərdə “smart nation” konsepsiyasına keçidə təkan verəcək, 4-cü Sənaye İnqilabı fonunda regionda eyni adlı mərkəzin ölkəmizdə yaradılmasına dəstək olacaqdır.
Beləliklə Rəqəmsal Ticarət Qovşağının həm yerli həm xarici biznes iştirakçıları, həm dövlət həm də özəl sektor nümayəndələri üçün təqdim etdiyi yeniliklər istifadəçilərin məmnunluğunu artırmaqla yanaşı pandemiya fonunda yaranan yeni normaya daha sürətli keçidə katalizator rolunu oynayacaqdır.
Qeyd etmək lazımdır ki, portalın bu potensialını beynəlxalq nüfuza malik www.e estonia.com və www.coindesk.com portalı da geniş məqalələr dərc etməklə göstərmişdirlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri