Previous Next
Bağla

Azərbaycan dünyada mobil rezidentlik verən ilk ölkə oldu

04-07-2019 13:21
Azərbaycan dünyada mobil rezidentlik verən ilk ölkə oldu

“Həm anlaşma memorondumunun mobil imza ilə imzalanması, həm də ilk dəfə olaraq, diaspora nümayəndəsinə mobil imzanın təqdim olunmasının üstünlükləri iki istiqamətdədir: Birincisi rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi, ikinci isə diaspora nümayəndəsinə  elektron imzanın verilməsi. Diaspor nümayəndələrinə elektron imzanın verilməsi bir çox üstün imtiyazlar yaradır. Bizim həmyerlilərimiz sərhəd keçmədən, Azərbaycana gəlmədən şirkət qeydiyyatı apara, biznes qura və bizneslərini idarə edə bilərlər. Həmçinin müxtəlif maliyyə xidmətlərindən istifadə edə və yaxın gələcəkdə bank hesabı açaraq idarə edə biləcəklər”.

Xeberler.az-ın məlumatına görə, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli e-rezidentliyin xaricdə yaşayan vətəndaşlara verəcəyi üstünlükləri AzTv-yə şərh edərkən deyib.

N.Əsədli vurğulayıb ki, bu proqram, nəinki Azərbaycanda, hətta dünyada yeni sistemdir: “Azərbaycandan öncə, yalnız Estoniyada elektron rezidentlik verilirdi. Azərbaycan e-rezidentliyi verən ikinci ölkə olsa da bir addım da önə keçərək  mobil rezidentlik verərək dünyada bir ilkə imza atdı. Burada xidmət sahəsi hələlik yenidir. Xidmət sahəsi davamlı olaraq genişlənəcək, yeni xidmətlər əlavə ediləcəkdir. Elektron mobil rezidentliyi əldə edənlər diaspora nümayəndələri də xidmətlərdən yararlana biləcəklər. Bu xidmətlər, həm dövlət, həm də özəl sektora aiddir”.

Rəqəmsal Ticarət Qovşağının meneceri qeyd edib ki, xaricdə yaşayan soydaşlarımızla ölkənin əlaqələri rəqəmsal müstəvidə davam edəcək:  “Elektron mobil rezidentlik onlara imkan yaradır ki, Azərbaycana gəlmədən müxtəlif xidmətlərdən yararlana bilsinlər. Ümumiləşdirsək onlar yeni bir rəqəmsal müstəviyə keçərək Azərbaycana bir addım da yaxın olurlar. e-rezidentlik xaricdə yaşayan soydaşlarımızın bir araya gəlməsində də təsirini göstərəcək. Burada yeni bir anlayış formalaşır elektron və mobil rezidentlərin yeni bir cəmiyyəti yaranmaqdadır. Dünyanın müxtəlif ölkələrindən Azərbaycanın mobil rezident imzasını almaq üçün müraciətlər olur. Bu müracitələr diaspora nümayəndələri, Azərbaycan vətəndaşları və qeyri-rezidentlər tərəfindən olur. Cəmiyyətin rolunu vurğulasaq, birinci e-mobil imzanın sahibi İSESKO-nun rəhbəri Əbdüləziz bin Osman əl-Tüveycri olmuşdur.  İSESKO-nun 50-dən çox üzvü var. Azərbaycan ona mobil imza verməklə, həmdə həmin 50 ölkədəki vətəndaşlara və oradakı Azərbaycan diaspora nümayəndələrinə bir addım da yaxınlaşır. Biz ilk elektron imzanı, Avropa Birliyinin ölkəmizdəki səfiri Kestutis Yankauskasa vermişdik. Bununla da, bir qapı Avropa Birliyinə açıldı. Bu Azərbaycan vətəndaşlarına, diaspora nümayəndələrinə həm yaxınlaşamağa kömək edir, həm də digər ölkələrin vətəndaşlarını yaxınlaşdırır. Bir-birilərinə müxtəlif sahələrdə dəstək olmağa şərait yaradır”.

Nicat Əsədli onu da əlavə edib ki, e-rezidentlik sahibkarlığın stimullaşdırılmasında rol oynayır: “Yeni texnologiyaların tətbiqi  sahibkarların işlərini asanlaşdırır. Buna missal olaraq, onlayn vahid ixrac ərizəsini göstərmək olar. Bu sistem imkan verdi ki, sahibkarlar ixrac üçün bir neçə dəqiqə ərzində onlardan tələbə olunan sənəd müraciətlərini edə bilsinlər. E-imzaya gəldikdə isə bunlar bir-birini tamamlayır. Azərbaycandan kənarda fəaliyyət göstərən diaspora nümayəndəsi və yaxud əcnəbi vətəndaş Azərbaycana gəlmədən,buradan şirkət qeydiyyatdan keçirib, şirkətə əməkdaşlar cəlb edə bilər. İdxal və ixrac əməliyyatlarını həyata keçirə bilər. Bizim onlayn vahid ixrac ərizəsini, rəqəmsal ticarət qovşağından istifadə edə bilər. Məsələyə kompleks baxdıqda elektron imzarəqəmsal ticarətin bir qoludur. Yaxın gələcəkdə elektron imzanın digər sahələrə tətbiqi də nəzərdə tutulur, əsasən də sərhədlərarası ticarətin aparılması yönümdə. Elektron imzanın tətbiq etdikdən sonra bizim partnyor ölkələrlə fiziki sənəd mübadiləsi, fiziki bürokratik məsələlər aradan qaldırılacaq. Bütün məlumat mübadiləsi elektronlaşacaq və daha da sürətlənəcək”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ilk dəfə mobil imza vasitəsilə memorandum imzalandı

01-07-2019

Moskvada Azərbaycanın elektron və mobil rezidentlik təqdim etməsi müzakirə olunub

18-12-2018

Bakcell dünyada ilk dəfə olaraq mobil rezidentlik təqdim edib

24-10-2018

Asan İmza dünyada ilk mobil rezidentlik layihəsi oldu

07-09-2018

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Estoniyada uğur qazanıb

16-09-2019

Azərbaycan dünyada ilk dəfə mobil Rezidentlik təqdim etdi

24-10-2018

Koronavirus rəqəmsal və məsafədən biznes əməliyyatlarına təsir etmir

19-03-2020

Rəqəmsal Ticarət Qovşağı üçüncü beynəlxalq forumu keçiriləcək

24-09-2019

Azərbaycanın mobil rezidentliyinin əhatə dairəsi genişlənir

07-02-2020

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Əbu-Dabidə beynəlxalq konfransda təqdim olundu

22-12-2018

Azərbaycanda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransı keçiriləcək

10-09-2018

Bakıda rəqəmsal ticarət konfransı keçiriləcək

17-10-2017

Onlayn vahid ixrac ərizəsi dövlət qurumlarına təqdim olundu

31-01-2019

SİMA üzrə yeni tərəfdaş “Yelo Bank” oldu

18-05-2022

Mobil Rezidentlik proqramının inkişaf perspektivləri

03-06-2020

Rəqəmsal Ticarət Qovşağı yeni normaya keçidi sürtləndirir

11-09-2020

Sahibkarlar “Yelo” mobil tətbiqində maliyyə əməliyyatlarını SİMA ilə həyata keçirəcəklər

21-06-2023

SİMA ilə sığorta məhsullarını əldə etmək imkanı yaradıldı  

24-05-2022

SİMA ilə mobil cihazlarda “ASAN Login”ə giriş mümkün oldu

12-10-2022

E-estonia.com portalı Azərbaycanda m-rezidentlik barədə məqalə yerləşdirib

29-07-2020

SİMA elektron gömrük xidmətlərini daha əlçatan etdi

23-06-2022

SİMA ilə “Etik İmza”da bütün sənədləri dərhal imzalamaq mümkün oldu

22-08-2022

SİMA ilə “TuranBank”da əmanət yerləşdirmək daha əlçatan oldu

05-05-2022

Asan İmza Estoniyanın eID Forumunda təmsil olunmuşdur

20-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə