“RİF.İnnopolis” İT-konfransına start verildi

09-06-2015 / 20:30

Bu gün Kazanda (Tatarıstan Respublikası) İnnopolis şəhərinin təntənəli açılışına həsr olunmuş RİF.İnnopolis İT-konfransı keçirilir.

Xəbərlər xarici mətbuata istinadən məlumat verir ki, iki gün davam edəcək tədbirdə runetin infrastrukturu, şəbəkədə təhlükəsizlik məsələləri, sosial İT-layihələr, startaplara dəstək ekosistemi, İnternet və hüquq, veb-işləmələrin xüsusiyyətləri və onlayn-KİV-in gələcəyi mövzusunda məruzələr dinləniləcək. Proqramın ayrıca bloku əməliyyat sistemlərinin yaradılmasına həsr olunmuş Os Day konfransıdır.

İnnopolis şəhəri rəsmən konfrans günü açılacaq. Burada 155 min nəfərin yaşayışı nəzərdə tutulub ki, onların 50 faizini İT-mütəxəssislər təşkil etməlidir. Şəhərdə universitet və texnopark da salınacaq. İnnopolisin qurulmasına 650 milyard rubl sərf olunub. İnşaat işləri 2012-ci ildə başlayıb. Əvvəlcə layihə İT-kənd adlandırılmışdı, burada 50 min nəfərin yaşaması nəzərdə tutulmuşdu. Sonra isə layihənin miqyası artırılmışdı.

RİF.İnnopolis konfransı RİF.Region-2015 layihəsi çərçivəsində keçirilir. Tədbirin təşkilatçıları Rusiya Elektron Kommunikasiyalar Assosiasiyası, İnternet-təşəbbüslərinin İnkişafı Fondu, İnternet Texnologiyaları Regional İctimai Mərkəzi, DZ Systems və Rusiya Elmlər Akademiyasının Sistemli Proqramlaşdırma İnstitutudur.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə