Previous Next
Bağla

Turistlərin ölkəmizlə bağlı məlumat əldə etməsi üçün 8 sayt yaradılıb

26-12-2015 11:10
Turistlərin ölkəmizlə bağlı məlumat əldə etməsi üçün 8 sayt yaradılıb

Məlumat verdiyimiz kimi, ölkədə turizm imkanlarının daha geniş şəkildə təbliğ edilməsi, müxtəlif ölkələrdən turistlərin cəlb edilməsi, həmçinin turizm marşrutlarının yaradılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakıda və regionlarda Turizm İnformasiya Mərkəzləri (TİM) yaradılıb.

Nazirlikdən Xeberler.az-a verilən məlumata görə, hazırda 12 Turizm İnformasiya Mərkəzi faəliyyət göstərir ki, onların işinin təkmilləşdirilməsi, daha çox turistə xidmət göstərməsi məqsədilə nazirliyin sifarişi əsasında www.azerbaijan.travel portalının daxilində 8 sayt yaradılıb (www.baku.azerbaijan.travel, www.sheki.travel, www.shamakhi.travel, www.ganja.travel, www.guba.travel, www.khachmaz.travel, www.zagatala.travel, www.lankaran.travel).

Belə ki, həmin saytlarda Turizm İnformasiya Mərkəzinin əhatə etdiyi bölgə haqqında, onun mətbəxi, nəqliyyat sistemi, mehmanxana və restoranları, eləcə də turistlər üçün maraqlı ola biləcək digər xidmətlər barəsində məlumatlar öz əksini tapır.

Mədəniyyət və Turizm Nazirliyində yeni yaradılmış TİM-nin (Qəbələ, İsmayıllı, Qusar və Bərdə) rəsmi internet səhifələrinin yaradılması istiqamətində müvafiq işlər görülür.

Bununla yanaşı,  nazirliyin Facebook sosial şəbəkəsində hər bir Turizm İnformasiya Mərkəzi üçün müvafiq səhifələr açılıb ki, həmin səhifələrdə bölgənin turizm potensialı haqqında məlumatlar əks olunmaqla yanaşı, eyni zamanda birbaşa olaraq turistlərə onları maraqlandıran suallara cavab almaq imkanı yaradılıb.

Bundan əlavə, yerli və xarici turistlərin məlumatlandırılması məqsədilə müvafiq layihələr həyata keçirilir.

Belə ki, turistlərə aidiyyəti xidmətlərin göstərilməsi ilə bağlı informasiya mərkəzləri həftənin bütün günləri fəaliyyət göstərir, mərkəzlər tərəfindən müxtəlif dillərdə reklam-çap məhsulları hazırlanır, turistlərin informasiya verilməsi ilə əlaqədar internet, telefon vasitəsilə birbaşa ofisdə xidmət göstərilir, həmçinin əməkdaşların xarici dil biliklərinin daim artırılması məqsədilə müxtəlif tədbirlər görülür. Bunlarla yanaşı, TİM-lər turistlərin müvafiq mehmanxanalarda yerləşdirilməsini, nəqliyyat xidmətini və yerli bələdçilərlə təmin edir, həmçinin ekskursiyalar təşkil edir.

TİM-lərin işinin təkmilləşdirilməsi, daha çox yerli və xarici turistlərə xidmət göstərilməsi məqsədilə onların əsas ofisi saxlanılmaqla, şəhərin mərkəzi küçəsində turizm informasiya köşkünün quraşdırılması ilə bağlı layihələr həyata keçirilir.

İlkin olaraq Şamaxı və Lənkəran şəhər İcra Hakimiyyətləri ilə razılaşdırılmış şəkildə müvafiq köşkün yaradılması nəzərdə tutulub. Bu layihələr uğurlu nəticə verəcəyi təqdirdə digər bölgələrdə də davam etdirilməsi planlaşdırılır.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Media kəndində Mədəniyyət və Turizm Mərkəzi fəaliyyətə başlayıb

29-05-2015

Turizm informasiya mərkəzlərinin sayı 15-ə çatıb

20-04-2015

Turizm informasiya mərkəzlərinin saytları yenidən hazırlanacaq

03-09-2015

45 min əcnəbiyə elektron turist vizası verilib

18-02-2016

Azərbaycanda Turizmin inkişafı məqsədilə online-sistem yaradılıb

13-03-2009

Bizi xaricə aparan milli saytlarımız

08-06-2015

E-viza almaq üçün qaydalar təsdiqləndi

03-09-2015

Nazirlikdə elektron marketinq üzrə işçi qrupu yaradılıb

28-10-2015

Turizm sahəsində ilk elektron xəbər bülleteni yayımlanıb

22-02-2016

Azərbaycanda Turizm Reyestri istifadəyə verilib

05-05-2023

Elektron vizaların verilməsində dəyişiklik edildi

16-12-2012

Turistlər elektron vizanı necə əldə edə bilər?

26-08-2015

Mədəniyyət və Turizm Nazirliyi xüsusi İnternet sayt açacaq

05-02-2009

Azərbaycan Beynəlxalq Bankı aviabiletlərin onlayn ödənişi üzrə xidmət göstərməyə başlayıb

07-09-2009

Nazir turizm idarlərinin saytları ilə bağlı tapşırıq verdi

28-11-2017

Ötən il 24 min 872 xarici turistə elektron viza verilib

27-01-2016

Xaricilərin qısa müddətdə viza almasını təmin edən sistem

16-02-2016

Azərbaycanın turizm portalı fəaliyyətə başlayıb

18-04-2011

Azərbaycan Muzey Mərkəzinin veb-saytı hazırlanıb

24-09-2009

Muzey Mərkəzinin veb-saytının təqdimat mərasimi keçirilib

25-09-2009

Azərbaycanlı haker Ermənistanın 12 rəsmi saytını dağıdıb!!!

18-05-2009

Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan 7 muzeyin veb saytları hazırlanır

07-08-2009

Azərbaycan Çinin 2 onlayn platforması ilə memorandum imzalayıb

23-09-2019

Microsoft-un Bing Travel xidməti

10-06-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə