Previous Next
Bağla

“World Summit Award 2015” də yarışacaq layihələrimiz - İcmal

24-08-2015 15:13
“World Summit Award 2015” də yarışacaq layihələrimiz - İcmal

Xəbər verdiyimiz kimi , “World Summit Award  2015" müsabiqəsinin final mərhələsində iştirak edəcək müxtəlif nominasiyalı layihələrimizin  adları açıqlanıb. Belə ki, Azərbaycandan 6 layihə müsabiqənin finalında yarışacaq.

Xeberler.az müsabiqədə  seçilən layihələrin qısa icmalını təqdim edir:

RobiGuide layihəsi "World Summit Award  2015" müsabiqəsində Culture & Tourism ( Mədəniyyət və Turizm) kateqoriyası üzrə finala çıxıb.

RobiGuide layihənin əsas məqsədi Azərbaycanda və daha sonra inkişaf etdikcə müxtəlif ölkələrdəki, şəhərlərdəki abidələri, binaları, restoranları, əyləncə mərkəzlərini, ofislərini daha dəqiq tapmaq və həmin obyekt barəsində səsli, yazılı şəkildə məlumat verməkdir.

Layihənin rəhbəri Namət Məmmədzadədir. Layihə “Startap Azərbaycan 2015”-də “E-gov mobil tətbiqlər” nominasiyasının qalibi olub.

Etap.az layihəsi "World Summit Award  2015"-də Media & News( Media) kateqoriyası üzrə finala çıxıb.

Etap.az  layihəsinin əsas məqsədi internet imkanlarından istifadə edərək asanlıqla itirilmiş əşya haqqında elan yayımlamaq, itirilmiş və ya tapılmış əşyanın sahibinə qaytarılması ilə bağlı yüksək xidmət təmin etmək və cəmiyyətdə sosial fayda vərdişləri yaratmaqdır. Etap.az xidmətlərini tamamilə pulsuz təqdim edir. Əsas gəlir mənbəyi kimi saytda reklam imkanları yaradılacaq. Etap.az istifadə sadəliyi, istifadəçiyə rahat dizaynı, təkmilləşdirilmiş axtarış sistemi və bütün cihazlara uyğunlaşması ilə seçiləcək.

Layihənin həmtəsisçisi Bəhruz İbrahimovdur.

Notify Baku layihəsi  müsabiqədə Entertainment & Lifestyle ( Əyləncə) kateqoriyası üzrə finala çıxıb.

Notify Baku layihəsinin əsas məqsədi brendlər və bizə lazım olan digər şirkətlər haqqında yeniliklər, endirimlər, kampaniyalar və digər məlumatları bir yerdə cəmləməkdir. NOTIFY-BAKU mobil tətbiqini telefonunuza quraşdıraraq bu məlumatları bildiriş formasında ala bilirsiniz. Həmçinin siz bütün şirkətlərin (brendlərin) xəritə üzərində yerlərini, telefon, email, internet saytı, Facebook səhifəsi kimi məlumatlarını əldə edə bilir, hətta hansı marşrutla hərəkət etsəniz oraya daha tez və rahat çata biləcəyinizi görə bilirsiniz.

Layihənin rəhbəri Sabir Hacıyevdir.

NoObs komandası Spinal layihəsi ilə Health & Environment( Sağlamlıq və ətraf mühit) kateqoriyası üzrə finala çıxıb.

Spinal layihəsinin əsas məqsədi insan onurğa sütununa mənfi təsir göstərən vəziyyətdə oturduqda Bluetooth modulu vasitəsi ilə Windows Phone əməliyyat sistemi üzərində işləyən smartfona siqnalların ötürülməsidir.

NoObs iyulun 27-31-də Sietlda (ABŞ)“Microsoft Imagine Cup 2015” beynəlxalq innovasiya müsabiqəsində  “İnnovasiya” kateqoriyası üzrə ikinci yerə çıxıb.

BethClip  layihəsi Business & Commerce ( Bines və kommersiya) kateqoriyası üzrə finala çıxıb.

BethClip layihəsinin əsas məqsədi bulud üzərindən məlumat buferinin köçürülməsi üçün xidmətdir.

Layihə müxtəlif platformalar və cihazlar arasında çalışır və bir kliklə cihazın “clipboard”ındakı məlumatı digər cihazlara ötürür. Köçürülmüş elementləri yenidən istifadə etmək olur. Bu sistem vasitəsilə Android-dən Iphone-a, Iphone-dan Windows-a məlumatlar köçürmək mümkündür.

Layihənin rəhbəri tanınmış startapçı Rəşid Əliyevdir.

ASAN Xidmət- ASAN PAY layihəsi Government & Open Data ( Açıq hökumət) kateqoriyası üzrə finala çıxıb.
ASAN Xidmət- ASAN PAY layihəsinin yaradılmasında əsas məqsəd “ASAN ödəniş” sistemi “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” prezident İlham Əliyevin fərmanına əsasən yaradılıb.


Vətəndaşlar inzibati cərimələr və məhkəmə qərarları üzrə ödənişləri “ASAN ödəniş”  portalından bank kartı vasitəsilə həyata keçirə bilərlər. İlkin mərhələdə yalnız Yol Hərəkəti Qaydalarının (YHQ) pozulmasına görə cərimələrin ödənişi mümkündür. “ASAN ödəniş” portalının istifadə təlimatı ilə bağlı vətəndaşların göstərilən linkə daxil olaraq ətraflı məlumat əldə etməsi də mümkündür:(https://www.asanpay.az/asanpay/instructions) Portalın mobil tətbiqi mövcuddur.

Müsabiqənin final mərhələsi sentyabrın 17-20-də Azərbaycanda keçiriləcək.

 

Sevinc Çəltikova

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Layihələrimiz beynəlxalq İT müsabiqəsində finala çıxdı- Siyahı

Layihələrimiz beynəlxalq İT müsabiqəsində finala çıxdı- Siyahı

21-08-2015
Azərbaycanlılar “Microsoft Imagine Cup 2015” də ikinci yerə çıxdı

Azərbaycanlılar “Microsoft Imagine Cup 2015” də ikinci yerə çıxdı

31-07-2015
Startap layihələrimiz “ITU Telecom World 2015 Award” müsabiqəsində yarışır

Startap layihələrimiz “ITU Telecom World 2015 Award” müsabiqəsində yarışır

14-10-2015
Yeni sosial layihənin təqdimatı keçiriləcək

Yeni sosial layihənin təqdimatı keçiriləcək

14-04-2015
Beynəlxalq İT müsabiqəsinə  qeydiyyat başlayıb

Beynəlxalq İT müsabiqəsinə qeydiyyat başlayıb

07-07-2016
Azərbaycan startapı xarici mentorlarla işləyəcək

Azərbaycan startapı xarici mentorlarla işləyəcək

04-11-2016
ABŞ-da qalib olmuş layihəmiz məhsullarının istehsalına başlayır

ABŞ-da qalib olmuş layihəmiz məhsullarının istehsalına başlayır

07-12-2015
Bir kliklə məlumatın köçürülməsini mümkün edən -“BethClip” 

Bir kliklə məlumatın köçürülməsini mümkün edən -“BethClip” 

25-12-2014
“ASAN ödəniş” terminalları ictimai yerlərdə də quraşdırıldı

“ASAN ödəniş” terminalları ictimai yerlərdə də quraşdırıldı

24-04-2015
Startapçılarımız beynəlxalq müsabiqənin finalına hazırlaşır

Startapçılarımız beynəlxalq müsabiqənin finalına hazırlaşır

15-10-2015
Nazir “Microsoft Imagine Cup 2015”-in qaliblərini mükafatlandırdı

Nazir “Microsoft Imagine Cup 2015”-in qaliblərini mükafatlandırdı

07-08-2015
“World Summit Award ” Azərbaycanda  ilk dəfə keçiriləcək

“World Summit Award ” Azərbaycanda ilk dəfə keçiriləcək

12-09-2015
Forumda yerli layihələrimiz təqdim olundu-Yenilənib

Forumda yerli layihələrimiz təqdim olundu-Yenilənib

18-09-2015
II və III yer üzrə qaliblər təltif olunub

II və III yer üzrə qaliblər təltif olunub

29-05-2022
Startap layihəmiz beynəlxalq müsabiqədə sertifikata layiq görüldü

Startap layihəmiz beynəlxalq müsabiqədə sertifikata layiq görüldü

15-10-2015
ASAN Viza beynəlxalq mükafata layiq görülüb

ASAN Viza beynəlxalq mükafata layiq görülüb

20-12-2018
Startapımız qlobal yarışmada uğur qazanıb

Startapımız qlobal yarışmada uğur qazanıb

13-05-2015
ASAN ödəniş-dən daha bir yenilik

ASAN ödəniş-dən daha bir yenilik

30-04-2018
DİM ASAN ödəniş sisteminə inteqrasiya edilib

DİM ASAN ödəniş sisteminə inteqrasiya edilib

15-01-2019
Bakı Ali Neft Məktəbinin startap layihəsi beynəlxalq müsabiqədə finala çıxıb

Bakı Ali Neft Məktəbinin startap layihəsi beynəlxalq müsabiqədə finala çıxıb

04-11-2020
“Hər kəs üçün ASAN” layihəsi reallaşdırılır

“Hər kəs üçün ASAN” layihəsi reallaşdırılır

29-04-2026
Axtardığınızı daha tez tapacaqsınız  - yeni  startap gəlir

Axtardığınızı daha tez tapacaqsınız - yeni startap gəlir

04-03-2015
Azəristiliktəchizat ASC ASAN ödəniş sisteminə uğurla inteqrasiya edilib

Azəristiliktəchizat ASC ASAN ödəniş sisteminə uğurla inteqrasiya edilib

30-01-2019
“ITU Telecom World 2015” sərgisi  başa çatdı - Fotolar

“ITU Telecom World 2015” sərgisi başa çatdı - Fotolar

16-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə