Bu gün Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində Sabah qrupları üçün “Startap Günləri”nə həsr olunmuş infosessiya təşkil olunub. Tədbirin əsas məqsədi tələbələri qarşıdakı startap mərhələləri ilə tanış etmək, innovativ ideyaların formalaşdırılması prosesinə istiqamət vermək və onları startap mühitinə hazırlamaq olub.
Xeberler.az bildirir ki, əvvəlcə AzTU-nun rektorunun rəqəmsal məsələlər üzrə məsləhətçisi Osman Gündüz çıxış edərək Startap Azərbaycan platformasının dəstəyi ilə həyata keçiriləcək “Startap Günləri” barədə geniş məlumat verib. O, startap ekosisteminin müxtəlif sahələrdə, xüsusilə də innovativ layihələrdə yaratdığı imkanlardan bəhs edərək tələbələri fəal iştiraka və yeni ideyalar üzərində çalışmağa təşviq edib.
Daha sonra AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev çıxış edərək Sabah qruplarını startap yol xəritəsi ilə tanış edib. O, tələbələrin ideya tapmasından başlayaraq komanda qurulması, layihələrin dəyərləndirilməsi, ilkin texniki həllərin hazırlanması və prototipləşdirmə mərhələlərinə qədər bütün proseslərin necə həyata keçiriləcəyini izah edib. Bununla yanaşı, iştirakçıların bu mərhələlərdə qarşılaşa biləcəyi çətinliklər və onlara göstəriləcək mentor dəstəyi barədə də məlumat verib.
Sonda iştirakçılar öz suallarını ünvanlamaq, təkliflərini bölüşmək və gələcək startap fəaliyyətləri ilə bağlı fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.


Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları