Samsung Galaxy A8-in ilk görüntüləri yayılıb

18-06-2015 / 21:22

Samsung Galaxy ardıcıllığının yeni üzvlərinə aid ilk fotolar yayılıb.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, Galaxy A7-yə bənzəyən cihaz, metal çərçivəyə sahibdir və 157,7 x 76,7 x 5,9 mm ölçülərində və 140 qram ağırlığındadır.

Məlumatlar yayılmazdan əvvəl model haqqında yayılan iddialar artıq doğrulanmış sayılır.

Qeyd olunduğu kimi, Galaxy A8 5,7 düymlük 1080 x 1920 Super AMOLED ekrana, səkkiz nüvəli Snapdragon 615 prosessora, 2GB RAM, 16 meqapiksel kameraya, 5 meqapiksel ön kameraya, 3 050 mAh batareyaya və 16GB yaddaşa malikdir.

MicroSD kart vasitəsilə genişlənməyi dəstəkləyən cihaz, Android 5.1.1 ilə çalışır. Bununla yanaşı, yeni modeldə barmaq izi sensoru da var.

Yeni modelin ideal bir orta səviyyəli telefon olacağını bildirən mütəxəssislər yaxın günlərdə rəsmi təqdimat vaxtı açıqlanacaq qiymətinin də buna uyğun olacağını bildiriblər.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə