Samsung Galaxy Note 5 Azərbaycanda təqdim olunub-Fotolar

23-10-2015 / 17:21

Dünən  Fairmont otelində Samsung Azərbaycanın təşkilatçılığı əsasında baş tutan tədbirdə Galaxy Note 5 smartfonu ilə yanaşı Galaxy Gear S2 ağıllı saatının təqdimatı keçirillib.

Xeberler.az-ın məlumatına görə, Azərbaycanda Note 5 iki rəng çaları (qara və qızılı) və 32 gb daxili yaddaşla satışa çıxarılıb.

Tural Əsədovun təqdimatı ilə başlayan tədbirdə Samsung Electronics-in regional prezidenti Bong Choi Doo səhnəyə dəvət olunub.

Açılışa Azərbaycan dilində "Salam" deməklə başlayan cənab Choi şirkətin məqsədləri, planları və uğurları haqqında danışıb. Prezident çıxışına yekun vurduqdan sonra yeni modellərin təqdimatını həyata keçirmək üçün səhnədə Samsung Rusiya təmsilçisi Mariya Stoyeva çıxış edib.

Əvvəlcə Note 5 haqqında geniş informasiya verən xanım eyni zamanda Galaxy Gear S2 ilə hərkəsi tanış edib. Bununla tədbirin 1-ci hissəsi başa çatıb. Qısa fasilədən sonra Tural Əsədov Samsung Azərbaycan şirkətinin sosial mediada keçirdiyi yarışmanın qaliblərini müəyyən etmək üçün iştirakçıları öz təqdimatların həyata keçirmək məqsədilə səhnəyə bir-bir dəvət edib.
Yarışmada 6-cı çıxış edən Fərid Pərdəşünas öz təqdimatı ilə izləyicilərin diqqətini cəlb edib.

Qaliblər müəyyən olunduqdan sonra cənab Choi mükafatları təqdim edib.  Daha sonra səhnədə bir neçə məşhur simalar öz gündəlik həyatlarında Note seriyalarından necə istifadə etdikləri haqqında məlumat veriblər. 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə