Səfir:“Azərbaycan inkişaf etmiş e-hökumət sistemlərindən birini yaradıb”

19-08-2016 / 12:36

“Koreya və Azərbaycan arasında sıx əməkdaşlıq yaradılıb, lakin bu əməkdaşlığı genişləndirmək lazımdır".

Xeberler.az Report-a istinadən məlumat verir ki,  bu sözləri Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çan Qyu Bakıda keçirilən Azərbaycan və Koreya arasında dövlət idarəçiliyi sahəsaində əməkdaşlıq forumunda deyib.

Onun sözlərinə görə, bu forum iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcək. Səfir vətəndaşlara elektron xidmət göstərilməsinin inkişafından məmnunluğunu ifadə edib və ikitərəfli əlaqələrin daha da inkişafı üçün əlindən gələni edəcəyini söyləyib.

Kim Çan Qyu Koreyanın elektron hökumət xidmətlərinin göstərilməsində ən qabaqcıl sistemlərindən birini yaratdığını bildirib: "Eyni zamanda, Azərbaycan da inkişaf etmiş elektron hökumət sistemlərindən birini yaradıb və bu sahədə gördüyü işlərlə keçmiş SSRİ-nin digər dövlətlərindən fərqlənir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu sistemi dünyada tətbiq etmək üçün ən yüksək səviyyədə addımlar atır".

Xeberler.az


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.