“Smart Customs” mobil tətbiqi nə üçün çöküb ?

06-01-2021 / 20:20
Xeberler.az məlumat verir ki, iki gün öncə Dövlət Gömrük Komitəsinin faydalı və vacib resursları olan “Smart Customs” mobil tətbiqi və e.customs.gov.az portalı çöküb.
 
Bu isə xaricdən mal sifariş edən çoxsaylı istifadəçilər, kargo şirkətləri, onların xarici ölkələrdəki anbarları arasında ciddi narazılıqlar və problemlər yaradıb.
 
Məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib:
 
"DGK ötən gün və bu gün də bununla bağlı açıqlama verib və mütəxəssilər tərəfindən müvafiq tədbirlər görüldüyü və yaxın saatlarda problemin aradan qaldırılacağını bildirib.
 
Müşahidələr və əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki , DGK-nın adı çəkilən resurslarında kargo şirkətlərdən daxil olan çoxsaylı müraciətləri emal etməkdə problem yaşanıb.
 
Xatırladıram ki, DGK məhz daşıyıcı şirkətlərlə daha çevik və effektiv formada iş qurmaq üçün "Smart Customs” tətbiqini istifadəyə vermişdi. Əslində, sistem normal çalışsa bu, olduqca uğurlu bir addımdır.
 
Yəni sistemin normal işləyəcəyi təqdirdə bu mobil tətbiqlə real vaxt rejimində malların bəyanetmə prosesini, gömrük problemlərini həll etmək, digər gömrük xidmətlərini əldə etmək mümkündür".
 
Ekspertin sözlərinə görə, ölkədə mövcud olan 40-dək kargo şirkəti bu sistemə qoşulandan sonra problemlər yaşanmağa başlayıb.
 
"Yəni, güman ki, sistemin qabaqcadan müəyyən olunan resursları kargo şirkətlərdən daxil olan çoxsaylı sorğuları emal edə bilməyib. Nəticədə sistem çöküb. Oxşar problemlər , zamanında MİDA, İpoteka və Kredit Zəmanəti Fondu, XİN və digər dövlət resurslarında da yaşanıb.
 
Düşünürəm ki, DGK İT komandası mümkün qoşulmaları, mümkün sorğuları, qabaqcdan nəzərə almalı , "stress test" təşkil etməliydi, qabaqcadan sistemin resursları optimallaşdırılmalıydı.
 
Təəccüblənirəm ki, nə əcəb, DGK-nın peşəkar mütəxəssisləri bu tip gərəkən addımları zamanında atmayıblar.
 
Ümid edirəm DGK-nın mütəxəssisləri bu sahədə təcrübəsi olan səlahiyyətli dövlət qurumlarını, digər ekspertləri və kargo şirkətlərin developerlərini də cəlb etməklə, çoxsaylı kargo şirkətlərin gözlənilən sorğularını və digər problemləri nəzərə almaqla sistemi tez bir zamanda bərpa edə biləcəklər".

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə