Sony elektron kitablarının üçüncü nəsli: “barmaqların ucunda ədəbiyyat”

06-10-2008 / 11:01
Sony PRS-700 elektron kitabı görünüşünə görə, bazarda təklif olunan analoqlarından çox fərqlənmir. Lakin istehsalçılar məhsula qeyri-adilik gətirmək istəyiblər.
6 düymlük displeyin sensor vərəqlərinin sayəsində elektron kitabı adi kitab kimi barmaqların hərəkəti ilə vərəqləmək olar. Ekran klaviaturasının olması kitabda lazım olan yeri tapmağa kömək edir. Dəstə stilus da (kompüter qələmi) daxildir.
Qaranlıqda svetodiod işıqlandırma sayəsində kitabı oxumaq mümkündür.
Yaddaşı 350 kitab həcmindədir. Onu SD və ya Memory Stick Duo ilə genişləndirmək olar.  Adobe PDF, Microsoft Word, BBeB, EPUB, MP3 formatlarını dəstəkləyir.
Sony PRS-700 satışa noyabrda 400 dollar məbləğində çıxacaq.

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.