Previous Next
Bağla

Startap Azərbaycan 2016-nın yarımfinalçıları açıqlandı

17-05-2016 12:05
Startap Azərbaycan 2016-nın yarımfinalçıları açıqlandı

Startap Azərbaycan 2016-da müsabiqəsində 10 startap yarımfinala çıxıb.

Startap Azərbaycan Təşkilat Komitəsindən Xeberler.az-a verilən məlumata görə, müsabiqədə iştirak edən 20 startapın 1-ci mərhələdə qiymətləndirməsi başa çatıb.

1-ci mərhələ qiymətləndirmədə Startap Azərbaycan Ekspert Komissiyasının aşağıdakı ekspertləri iştirak edib:

-Vahid Qasımov   

-Coşqun Kərimov 

-Vüqar Əliyarov

-Cavid Nadirov

-Rəşad Camal 

-Rəşad Əliyev

-Vaqif Abbasov

-Elşad Yusifli

-Qərib Mehdiyev

-Fərid  Kazımov

-Adil Əliyev  

Məlum olduğu kimi, müsabiqəyə 45 startap müraciət etsə də, Startap Azərbaycan qaydalarına uyğun olan 20 startap yarışmaya buraxılıb.

Startap Azərbaycan TK-nın qərarına görə bu il yalnız fəaliyyətdə olan, ilkin versiyası hazır olan layihələr (saytın və ya mobil tətbiqin demo versiyası olan, yalnız ideyadan, prototipdən ibarət olmayan layihələr) müsabiqəyə buraxılıb.

Ekspertlər hər bir layihəni 5 istiqamət üzrə 10 ballıq sistemlə qiymətləndiriblər.

Beləliklə, ekspertlərin qiymətləndirməsinin nəticələrinə əsasən, Startap Azərbaycan TK-nın qərarı ilə 10 yarımfinalçı yarışmada mübarizəni davam etdirmək statusu qazanıb.

Yarımfinalçıların siyahısı :

  1. Ustam
  2. FoodLook
  3. Braille Pad
  4. GoTrip.az
  5. YOL Sosial Şəbəkəsi
  6. WibeMe
  7. Wellbring Shopping Center
  8. e-book.az
  9. OfferBee 
  10. BUSINESSET

Daha geniş məlumatı buradan əldə etmək olar.

TK bildirir ki, yarımfinalçılar 2-ci qiymətləndirmə mərhələsi üçün 15 gün müddətində əhatəli biznes-planlar təqdim etməlidir.

Həmçinin cari ayın sonunda hər bir startap komandanın ekspertlər qarşısında təqdimatları olacaq.

Bu məqsədlə hər bir komandaya 5-7 dəqiqə vaxt ayrılır.

Onu da qeyd edək ki, biznes planların hazırlanmasına kömək məqsədilə müsabiqədə iştirak edən startap komandalarına beynəlxalq və yerli ekspertlərin iştirakı ilə xüsusi təlimlər də keçirilməsi nəzərdə tutulub. Yarımfinalçıların təqdimatları əsasında ekspertlərin qiymətləndirməsi aparılacaq və Startap Azərbaycan 2016 finalçıları müəyyən olunacaq.

Startap Azərbaycan yekun təqdimat mərasiminin və ənənəvi Startap Azərbaycan milli konfransının, finala çıxan startaplarla investorların qapalı görüşünün iyun ayının əvvəlində keçirilməsi planlaşdırılır.

Startap Azərbaycan layihəsinin əsas məqsədi milli startupların üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə internet biznes mühitini yaxşılaşdırmaq, investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.

Startap Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi , İT-nin İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı dəstək verir.

Startap Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.

ATL Group, SİNAM, Neuron Technologies, SUP Accelerator, NEXT STEP İnnovasiya Mərkəzi və Cybernet şirkətləri Startap Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startap Azərbaycan 2016-nın yarımfinalçıları açıqlanacaq

16-05-2016

“Startap Azərbaycan 2015” müsabiqəsində 13 startap yarımfinala çıxıb

18-04-2015

Sabah Startap Azərbaycan-da 1-ci səsvermə başa çatır

14-05-2016

Bu gün Startap Azərbaycan 2016-da qeydiyyat başa çatır

30-04-2016

Startap Azərbaycan-da layihələrin qeydiyyatı davam edir

06-04-2016

“Startap Azərbaycan 2015” müsabiqəsi davam edir

29-04-2015

Startap Azərbaycan 2016-nın qalibləri müəyyən ediləcək

18-05-2016

Startap Azərbaycan-da qeydiyyat davam edir

07-03-2016

Startap Azərbaycan-da qeydiyyat başladı

01-03-2016

Startap Azərbaycan 2016 iştirakçıları üçün təlimlər keçiriləcək

20-05-2016

Startap Azərbaycan 2016 başlayır

25-02-2016

Startap Azərbaycan 2016-da 20 startap mübarizə aparacaq

05-05-2016

Sabah Startap Azərbaycan 2016-nın finalçıları müəyyən olunacaq

25-05-2016

“Startap Azərbaycan 2015“ müsabiqəsinə 22 startap buraxıldı

06-04-2015

“Startap Azərbaycan 2015” finalçıları müəyyən olunur

02-05-2015

Startap Azərbaycan 2016-nın final mərhələsi keçirilib-Fotolar

27-05-2016

Sabah Startap Azərbaycan 2016 başa çatır- Qaliblər açıqlanacaq

31-05-2016

Startap Azərbaycan Gəncədə tələbələrlə görüşəcək

15-03-2016

“Startap Azərbaycan 2015” konfransı və yekun təqdimat mərasimi keçiriləcək

06-05-2015

Startap Azərbaycan yekun tədbirlərinin vaxtı məlum oldu

23-05-2016

ABŞ-da yaşayan startapçımızla görüş keçirilib -Fotolar

30-03-2016

Startup Azərbaycan Yarımfinalçıları seçilib.

10-06-2014

ABŞ-da çalışan startapçımız gənclərlə görüşəcək

28-03-2016

“Startap Azərbaycan 2015” Müsabiqəsinin yarımfinalçıları bu həftə məlum olacaq

15-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə