“Startaplar Dövlət Vergi Xidmətindən qaçır”-Səbəb

17-10-2023 / 15:56

Bir müddət öncə KOBİA-dan Startap şəhadətnaməsi alan startapların vaxtından əvvəl vergiyə cəlb edilməsi haqqında yazmışdım.

Hansı ki, Dövlət Vergi Xidməti KOBİA-dan 3 il güzəşt hüququ əldə edən iki startapı dövriyyələrini qaldırdığına görə güzəşt hüququndan məhrum edərək vergi ödətdirmişdi.

O zaman biz təkliflər vermişdik ki, İqtisadiyyat Nazirliyinin tabeliyində olan bir qurumun güzəşt verməsi, digər qurumunun isə bu güzəşti ləğv etməsi absurddur və İqtisadiyyat Nazirliyi buna münasibət bildirməlidir.

Prezidentin göstərişləri əsasında reallaşan bu güzəşt mexanizmi startapa məhz dövriyyəni qaldırmaq və inkişaf etmək üçün verilir.

Hökumətin güzəştindən istifadə edərək inkişaf etdiyi üçün bəlkə də onları mükafatlandırmaq daha doğru olardı.

İndi maraqlanmaq istədim ki, görən hökumət bu ziddiyyətli məqamı aradan qaldırmaq üçün hansı addımları atıb.

Maraqlı bir vəziyyətlə rastlaşdım.

Sən demə DVX-nin vergiyə cəlb etdiyi həmin iki startap KOBİA-nın güzəştlərindən bəhrələnə bilmədiklərindən, doğru olaraq da dövlətin başqa bir güzəştt mexanizminə üz tutublar.

Belə ki, bildiyim qədər onlar artıq RİNN-nin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən 8 illik güzəşt hüququ əldə ediblər.

Xatırladıram ki, ötən ilin sonu, proqram istehsalı və sistem inteqrasiyası ilə məşğul olan İKT şirkətləri Prezidentin fərmanı ilə 10 il müddətinə vergi və sosial güzəştlər əldə edib.

Düşünürəm ki, hökumət bu məsələlərə bir aydınlıq gətirməlidir. Belə yanaşma qüsurludur. Startapları belə qaça-qaç vəziyyətinə salmaq doğru bir hal deyil. Ekosistemin inkişafı üçün vahid yanaşma sərgilənməli, normal bir inkişaf mühiti formalaşmalıdır.

Bir daha vurğulamaq istərdim ki, İqtisadiyyat Nazirliyinin tabeliyində olan KOBİA tərəfindən verilən Şəhadətnamə, bu Nazirliyin digər qurumu tərəfindən hansısa sənədlərə istinad etməklə qüvvədən salınacaqsa onda ümumuiyyətlə dövlətin bu tip dəstək mexanizmi öz mahiyyətini itirmiş olur.

Ehtiyac var ki, hökumət, İN bu məsələlərə yenidən baxsın, mexanizmlər təkmilləşdirilsin.

Ötən ilin sonu Prezident tərəfindən qəbul edilən İKT güzəştləri ilə bağlı olan 10 illik güzəşt periodunun Startap şəhadətnaməsinə də şamil olunması doğru olardı.

Yaxud da, gərək KOBİA-da bir TexnoPark yaradıb startaplara rezidentlik statusu versin ki, uzun müddətli güzəştlər kateqoriyasına daxil ola bilsin.

Osman Gündüz,

Azərbaycan İnternet Forumunun Prezidenti,ekspert


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə