Previous Next
Bağla

Strateji Yol Xəritəsi necə icra olunur?-Monitorinq

12-09-2017 11:01
Strateji Yol Xəritəsi necə icra olunur?-Monitorinq

2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin icrası ilə bağlı hesabat açıqlanıb.

Xeberler.az hesabat istinadən bəzi məlumatları təqdim edir.

Məlumat verdiyimiz kimi, Strateji Yol Xəritəsi hazırlananda qeyd edilmişdi ki, Azərbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair müstəqil tənzimləyici qurumun yaradılması nəzərdə tutulub.

Lakin hesabatdan görünür ki, bu istiqamətdə hələlik heç bir iş görülməyib. Belə ki, sənəddə bu sahədə görülən işlərin icrası 0%-a bərabər göstərilib.

Həmçinin, mobil infrastruktura investisiya qoyuluşlarının artırılması ilə bağlı da  yeni fəaliyyət nəzərə çarpmır.

Sahibkarlıq subyektlərinin texnologiya əsaslı əməliyyatlarının genişləndirilməsi ,  biznesin iştirakı ilə texnoloji tədrisin yenilənməsi üçün nəzərdə tutulan işlərinin icrası ilə bağlı göstərici 0% faiz göstərilib.

Hesabatdan görünür ki, ilk altı ayda daha çox dövlət qurumlarının elektron xidmətlərinin qənaət edilməsi,  dövlət təşkilatlarında informasiya sistemlərinin təkmilləşdirilməsi diqqət ayrılıb. Belə ki, bu istiqamətdə nəzərdə tutulan işlərin 50%-i həyata keçirlib.

Maraqldır ki, inteqrasiya edilmiş fasiləsiz elektron səhiyyə infrastrukturunun yaradılması ilə bağlı işlərin 50%-i icra edilib.

Ümumiyyətlə isə, 2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 9 faizi icra edilib, 35 faizinin icrası üzrə işlərə başlanıb.

Heabatda qeyd edilib ki, telekommunikasiya bazarının liberallaşdırılması üzrə tədbirlər çərçivəsində TASİM layihəsi üzrə Texniki-İqtisadi Əsaslandırmanın aparılması üçün ilkin şərtlər toplusu hazırlanmış və baxılması üçün bütün üzv olan operatorlara təqdim edilib.

Mövcud və yeni yaranan beynəlxalq trafik kanallarının alternativliyinin təmin edilməsi üzrə zəruri tədbirlər görülüb. MasterCard Worldwide beynəlxalq kart təşkilatı rəqəmsal ödənişlərin genişləndirilməsi ilə bağlı işlərə cəlb edilib.

Sözügedən təşkilatla birlikdə dövlət qurumları, kommersiya bankları ilə görüşlər keçirilmiş, sorğu və müsahibə təşkil edilmiş, nağd ödənişlərə təkan verən makro və mikro amillər müəyyən edilib.

Qeyd edək ki, təsir indikatoru üzrə qiymətləndirmə 2020-ci ildə və 2025-ci il üzrə aparılacaq.

Yarımillik hesabatda qiymətləndirmə əlaqələndirici qurum tərəfindən görülmüş işlərə dair təqdim edilmiş hesabat (2017-ci ilinilk 6 ayı üzrə), aidiyyəti tərəflərlə müzakirələr, əldə edilmiş təsdiqedici sənədlər və digər qiymətləndirmə vasitələri əsasında həyata keçirilib. Əlaqələndirici qurum isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rəqəmsal reseptin verilməsi üzrə işçi qrup yaradılıb

12-09-2017

Strateji Yol Xəritəsinin icra vəziyyəti açıqlanıb.

20-07-2018

Strateji Yol Xəritəsində ən aşağı nəticə İKT-dədir

02-10-2017

34 müəssisə Təhsil Şəbəkəsinə qoşulub

12-09-2017

Strateji Yol Xəritəsi– Nə icra edilib, nə qalıb?

24-08-2018

Azərbaycanda İKT-nin inkişafına dair Strateji Yol Xəritəsi açıqlanıb

30-12-2016

Rəqəmsal ödənişlərlə bağlı 2 illik proqram təsdiqləndi

27-09-2018

İİTKM-də Strateji Yol Xəritələri üzrə işçi qrupların müzakirələri keçirilib

06-12-2018

Azərbaycanda alternativ enerji sahəsinə diqqət artırılır

12-04-2017

Azərbaycan Mərkəzi Bankı və Mastercard şirkəti tərəfindən Naxçıvanda layihə həyata keçirilir

08-06-2018

İKT sahəsində müstəqil tənzimləyici qurum yaradılacaq

30-12-2016

İKT sahəsində Strateji Yol Xəritəsi müzakirə edilib-Foto

14-04-2017

Azərbaycanda Milli Telekommunikasiya Şurası yaradılacaq

30-12-2016

Strateji Yol Xəritələrinin icrasına dair hesabat niyə müzakirə olunmur?

13-06-2019

Prezident İKT-nin inkişafına dair yol xəritəsini təsdiq edib

07-12-2016

“Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sistemi yaradılacaq

19-03-2025

İKT sektorunun gəlirləri artıb

23-10-2015

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun növbəti iclası keçirilib

15-05-2026

Mərkəzi Bank “Nəzarət texnologiyaları üzrə Yol Xəritəsi”ni təsdiqləyib

20-02-2025

ƏƏSMN İT xərclərinə 30 faizədək qənaət edəcək

28-03-2022

Azərbaycanda yaradılacaq “Hökumət bulud” nəyə xidmət edəcək?

05-01-2017

Xidmət sahələri üzrə təkliflər bazası yaradılıb

28-11-2018

RINN Kənd Təsərrüfatı Nazirliyinin rəqəmsallaşma səviyyəsini qiymətləndirib

26-11-2025

Telekommunikasiya sahəsində tətbiq edilən tariflər barədə beynəlxalq seminar keçirilib

29-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə