Previous Next
Bağla

Süni intellekt Azərbaycanda karbohidrogen kəşfiyyatını ucuzlaşdıra bilər -Müsahibə

16-09-2023 17:12
Süni intellekt Azərbaycanda karbohidrogen kəşfiyyatını  ucuzlaşdıra bilər -Müsahibə

Süni intellektin istifadəsi Azərbaycanda karbohidrogen resurslarının təqdiqinin sürətini artıra və xərcləri əhəmiyyətli dərəcədə artıra bilər.

Bu barədə Trend-ə özəl müsahibəsində "Boston Consulting Group"un (BCG) icraçı direktoru və Bakıdakı tərəfdaşı Anton Aristov deyib.

"Bu, ağ-ara filmdən rəqəmsal kinoya keçidə bənzəyir", - deyən A.Aristov yeni böyük dil modellərinin ənənəvi tədqiqat proseslərində potensial tətbiqini müzakirə edib.

""BCG" süni intellekt sahəsində artıq çoxdandır ki, fəaliyyət göstərir. Məsələn, beş il bundan əvvəl biz ilk dəfə olaraq müştəriləmizdən biri üçün süni intellekt əsasında Xəzər dənizində platformada süni intellektə əsaslanan texniki xidmət proqnozlaşdırma sistemini tətbiq etdik. O zaman bu sistem artıq olduqca səmərəli nəticə verdi: illik istehsal itkilərini təqribən 1-2 faiz azaltdı ki, bu da on milyonlarla ABŞ dolları deməkdir", - deyə o qeyd edib.

A.Aristovun digər bir nümunə olaraq göstərdiyi Yaxın Şərqdəki layihə ərazinin təsnifat modeli ilə əlaqəlidir. Bu model quruda seysmik-kəşfiyyata hazırlıq müddətini əhəmiyyətli dərəcədə (200 dəfə) azaldıb. Vəziyyəti daha yaxşı anlamaq üçün, təsəvvür edin ki, 10 min kvadrat kilometrlik ərazidə bu texnologiya 10 ay iş müddətini 2 günlə əvəz edə bilər.

A.Aristov vurğulayıb ki, yeni neft və qaz yataqlarının aşkarlanması məqsədilə məlumat toplama və təhlil prosesini sürətləndirmək üçün süni intellektdən istifadə yeni kəşflərə təşviq edə bilər.

"Bunun üçün istedadların cəlb olunması mühüm rol oynayır. Süni intellektin diqqət mərkəzində olduğunu nəzərə alsaq, bu bazardakı ən yaxşı mütəxəssisləri, o cümlədən, hətta universitet tələbələrini cəlb edə bilər. Tələbələr, adətən, bu sahədə məhdud təcrübələri olmasına baxmayaraq, hakatonlarda neft-qaz sahəsi üzrə süni intellekt əsaslı həllərlə xoş təsir bağışlayır", - A.Aristov deyib.

Onun sözlərinə görə, Azərbaycan bölgələrdə sürətlə inkişaf edən süni intellekt texnologiyasının tətbiqində öncül olmaq üçün əla imkanlara malikdir.

"Bizim sahə üzrə görkəmli ekspertlərimiz, mühüm resurslarımız və maraqlı tapşırıqlarımız, həmçinin, neft-qaz sahəsində fəaliyyətdə maraqlı olan gənc nəslimiz var", - deyə o əlavə edib.

"BCGX"nin tərəfdaşı Pol Genberq bildirib ki, süni intellekt rutin tapşırıqların avtomatlaşdırılması və proseslərin sürətləndirilməsi üçün, həqiqətən, güclü vasitə olacaq. Mühüm olan odur ki, insanlar daha bu tapşırıqların icrasına vaxt sərf etməli olmayacaqlar. Bunun əvəzinə daha mürəkkəb və intellektual cəhətdən daha dolğun məsələlərin həllinə daha çox vaxt ayırmalı olacaqlar.

Genberq vurğulayıb ki, süni intellekt neft-qaz sahəsində, xüsusən geoloqlar tərəfindən tətbiq oluna bilər. Onun fikrincə, süni intellektin və təkmilləşdirilmiş məlumat mübadiləsinin köməyilə neft axtarışı prosesini daha səmərəli etmək mümkündür ki, bu da öz növbəsində geoloji kəşfiyyat işlərinin genişləndirilməsinə səbəb ola bilər.

Pol Genberq bundan əvvəl "Shell" şirkətinin bir şöbəsi olan "STUDIO.X"də baş direktor vəzifəsində işləyib. Burada əsas diqqət iş proseslərinin təkmilləşdirilməsi üçün innovativ yanaşmalara yetirilirdi. O qeyd edib ki, "BCG" ilə birgə yaradılan "STUDIO.X" "Shell" şirkətinin, ola bilsin, şirkət daxilində olmayan ekspert biliklərinə çıxış imkanı əldə etməsinə imkan yaradıb. Genberq bildirib ki, karbohidrogen kəşfiyyatı üçün həllərin ekosistemi üç əsas komponentdən ibarətdir:

1. Süni intellekt və maşın təlimi sahəsində innovativ kraudsorsinq platforması (AI/ML) - bütün dünyadan məlumat emalı üzrə mütəxəssislərin ən mürəkkəb tədqiqat tapşırıqları üzərində işləməsinə imkan verir.

2. Sorğu üzrə çevik layihələrə malik geoloq alimləri birləşdirən qlobal mərkəz - həmçinin dünyanın müxtəlif guşələrindən (o cümlədən Azərbaycandan) geoloqlar üçün müxtəlif tapşırıqlar üzərində işləmək imkanı yaradır.

3. Enerji keçidinə yönəlmiş inkubator startap.

"Bütün bunlar adi iş rejimini dəyişməklə bütün dünyadan ən yaxşı mütəxəssisləri natamam iş qrafiki ilə layihə üzərində işləmək üçün cəlb etməyə imkan verir. Ümumilikdə bu ekosistemə bütün dünyadan 20 min nəfər cəlb olunub", - Genberq deyib.

Onun sözlərinə görə, bütün bunlar birdən olmayıb. İdeya yaranandan "BCG" ilə birgə fəaliyyətə başlayana qədər təqribən bir il yarım vaxt keçib. Fəaliyyətə başladıqdan sonra təqribən 3 il vaxt keçib və bütün bu müddət ərzində ekosistem əhəmiyyətli dərəcədə böyüyərək neft-qaz sahəsində dünya innovatorlar birliyinə çevrildi. İdeya kommersiya baxımından uğurlu olduğunu sübut etdi və əhəmiyyətli dərəcədə müsbət investisiya gəliri gətirdi.

"BCG Global AI Institute"un direktoru Leonid Jukov bütünlükdə süni intellektin və xüsusən, "Chat GPT"nin müsbət təsirindən danışıb. O bildirib ki, süni intellekt sayəsində mühüm dəyişikliklər baş verəcək.

"Bu dəyişikliklərə hazır olmaq və onları qəbul etmək lazımdır, çünki onlara müqavimət göstərmək mənasızdır. Baxmayaraq ki, bu qorxunc görünə bilər, ən yaxşı yanaşma süni intellekti öyrənmək, qəbul etmək və ondan necə istifadə etməyi anlamaqdır, çünki o gələcəkdə, şübhəsiz, çox faydalı olacaq", - deyə əlavə edib.

O, həmçinin, qeyd edib ki, "Chat GPT" kimi süni intellekt texniki təhsili olmayan insanların önündə qapılar açır. Bundan əvvəl kompüter və proqramlaşdırma ilə işləmək informatika sahəsində yaxşı təhsil tələb edirdi. Lakin "Chat GPT" kimi vasitələrin yaranması ilə kompüterlərlə işləmək üçün insan dilindən istifadə mümkün oldu. Kompüteri idarə etmək üçün artıq proqramçı olmaq lazım deyil və bu, texniki təhsili olmayan insanlar üçün bir çox imkanlar yaradır.

Onun sözlərinə görə, hər hansı peşənin tam transformasiyasını əvvəlcədən proqnozlaşdırmaq üçün ola bilsin mümkün olsa da, mühəndislərin təsvirlərin təsnifatı kimi rutin tapşırıqların avtomatlaşdırılması üçün süni intellektin istifadəsindən mühüm fayda əldə edirlər.

Bundan başqa, onlar süni intellektin fırlanan avadanlıqda vibrasiya siqnallarının interpretasiyası kimi qanunauyğunluqlara əsaslanmış proqnozlaşdırma imkanlarından istifadə edir. Mühəndislər də fənlərarası məlumatlardan dəyərli informasiya əldə edirlər. Bundan başqa, süni intellekt dizayn hazırlanması və optimallaşdırımasında mühüm rol oynayır ki, ehtiyat hissələrin yaradılmasında onun istifadəsi buna misaldır.

"Bu üstünlüklərdən tam istifadə etmək üçün süni intellekt və "GenAI" konsepsiyasını anlamaq lazımdır ki, bu da peşəkarların öyrədici məlumat toplularından və səmərəli ipuclarından istifadə etməklə müvafiq tapşırıqları səmərəli həll etməsinə imkan verir. Süni intellekt əsasında fərdi vasitələrin yaradılması hazırda "Python" proqramlaşdırma dilini bilməyi tələb edir. Belə ki, bu dil universitetlərdə tədris olunan əsas bacarığa çevrilməkdədir", - Jukov deyib.

O sonda qeyd edib ki, süni intellektin müxtəlif peşələrə tam təsirini hələ tam öyrənmək lazım olsa da, artıq mühəndislik sahələrində nəzərəçarpan üstünlüklər müşahidə olunur. Süni intellekt peşəkarların prosesləri optimallaşdırmasına, proqnozlaşdırma imkanlarını genişləndirməsinə və innovativ həlləri tətbiq etməsinə imkan yaradır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bill Qeyts: Süni intellekt bu peşələri əvəz edə bilməyəcək

Bill Qeyts: Süni intellekt bu peşələri əvəz edə bilməyəcək

28-03-2025
“Chat GPT-5” süni intellekt texnologiyasının zirvəsi olmağa hazırlaşır

“Chat GPT-5” süni intellekt texnologiyasının zirvəsi olmağa hazırlaşır

12-09-2024
Təhsil sistemində süni intellektin daha fəal istifadəsi planlaşdırılır

Təhsil sistemində süni intellektin daha fəal istifadəsi planlaşdırılır

15-03-2025
SOCAR ilə “Uzbekneftegaz” arasında Anlaşma Memorandumu imzalanıb

SOCAR ilə “Uzbekneftegaz” arasında Anlaşma Memorandumu imzalanıb

27-10-2025
AK süni intellektə investisiya cəlb etmək üçün təşəbbüs başladır

AK süni intellektə investisiya cəlb etmək üçün təşəbbüs başladır

11-02-2025
Süni intellekt ürək xəstəliklərinin diaqnozunda inqilabi rol oynayacaq

Süni intellekt ürək xəstəliklərinin diaqnozunda inqilabi rol oynayacaq

06-02-2025
AMB: Süni intellekt fərdi məlumatlar üçün risk yarada bilər

AMB: Süni intellekt fərdi məlumatlar üçün risk yarada bilər

03-06-2026
Dünya İqtisadi Forumu süni intellektlə bağlı hesabat hazırlayıb

Dünya İqtisadi Forumu süni intellektlə bağlı hesabat hazırlayıb

04-08-2025
Nazir: Rəqəmsal iqtisadiyyatın inkişafı üçün xüsusi proqram hazırlanıb

Nazir: Rəqəmsal iqtisadiyyatın inkişafı üçün xüsusi proqram hazırlanıb

05-03-2026
İsrailli nümayəndə: Süni intellektlə bağlı yeni iş imkanları yaranacaq

İsrailli nümayəndə: Süni intellektlə bağlı yeni iş imkanları yaranacaq

16-10-2025
Azərbaycanın süni intellekt layihəsi gələn il Davos forumunda təqdim olunacaq

Azərbaycanın süni intellekt layihəsi gələn il Davos forumunda təqdim olunacaq

30-05-2025
 Cefri Hinton: Süni intellekt biznes rəqabətini “silah yarışı”na çevirib

Cefri Hinton: Süni intellekt biznes rəqabətini “silah yarışı”na çevirib

03-12-2024
IBM kibertəhlükəsizlik problemlərini süni intellektlə həll edəcək

IBM kibertəhlükəsizlik problemlərini süni intellektlə həll edəcək

18-10-2018
Süni intellektə tam etibar etməməyiniz üçün səbəblər

Süni intellektə tam etibar etməməyiniz üçün səbəblər

15-05-2023
Azərbaycan BCG ilə rəqəmsal transformasiyanın iqtisadi strategiyaya təsirini müzakirə edib

Azərbaycan BCG ilə rəqəmsal transformasiyanın iqtisadi strategiyaya təsirini müzakirə edib

20-01-2026
Mask: Süni intellekt 2031-ci ilə qədər bəşəriyyətdən daha ağıllı ola bilər

Mask: Süni intellekt 2031-ci ilə qədər bəşəriyyətdən daha ağıllı ola bilər

23-01-2026
Qazaxıstan süni intellekti dövlət idarəçiliyinə inteqrasiya edir

Qazaxıstan süni intellekti dövlət idarəçiliyinə inteqrasiya edir

29-01-2025
SOCAR Azərbaycanda süni intellekt və data mərkəzi yaradacaq

SOCAR Azərbaycanda süni intellekt və data mərkəzi yaradacaq

02-06-2026
Süni intellekt üzrə bakalavr proqramı başlayır

Süni intellekt üzrə bakalavr proqramı başlayır

22-05-2018
Süni intellekt – innovasiyalar və sahibkarlıq üçün imkanlar mövzusunda seminar keçirilib

Süni intellekt – innovasiyalar və sahibkarlıq üçün imkanlar mövzusunda seminar keçirilib

21-12-2018
Məşhur robot vəsait toplayır-Səbəb

Məşhur robot vəsait toplayır-Səbəb

30-11-2017
Süni intellekt Strategiyasının məqsədləri məlum olub

Süni intellekt Strategiyasının məqsədləri məlum olub

19-03-2025
"Microsoft": Süni intellektə Azərbaycan dili öyrədiləcək

"Microsoft": Süni intellektə Azərbaycan dili öyrədiləcək

17-02-2021
Süni intellekt 2030-cu ildə trilyon kilovat-saat elektrik enerjisi istehlak edə bilər

Süni intellekt 2030-cu ildə trilyon kilovat-saat elektrik enerjisi istehlak edə bilər

10-06-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə