"Daha intellektli vətəndaş formalaşması üçün telekanallar öz mövqelərini ortaya qoymalıdırlar"
Azərbaycanın Prezident Administrasiyasının rəhbəri hesab edir ki, telekanallarda gözlənilən səviyyədə dəyişikliklər baş verməyib.
"Telekanallar tənqiddən müəyyən nəticələr çıxarıb. Bununla belə, hələlik biz gözlədiyimiz səviyyədə nəticə çıxarılmayıb".
Xeberler.az bildirir ki, bu barədə bazar ertəsi jurnalistlərə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib.
Mehdiyev deyib ki, televiziya Azərbaycanın həyatında çox mühüm rol oynayır: "İnsanların məlumat almasında, tərbiyə olunmasında telekanalların böyük rolu var. Lakin televiziya kanallarında müəyyən proseslər var ki, Azərbaycan tamaşaçısının intellektual səviyyəsi ilə kifayət qədər uyğunlaşmır. Ona görə də bizim əsas məqsədimiz ondan ibarətdir ki, bu dəyişiklik telekanallarda da baş tutmalıdır. Daha intellektli vətəndaş formalaşması üçün telekanallar öz mövqelərini ortaya qoymalıdırlar. Ona görə də bu sahədə ciddi dəyişikliklər olmalıdır".
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri