Previous Next
Bağla

Senzura Azərbaycan mediasına yenidən qayıdır?

14-10-2009 11:05
Senzura Azərbaycan mediasına yenidən qayıdır?

Mehman Əliyev: «Kanallarda oynamaqla, oxumaqla hakimiyyətə lazım olan fikirləri cəmiyətin beyninə yeridə bilmirlər»

Senzura yenidən mediaya qayıda bilər. İş orasındadır ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məlum yazısından sonra bəzi telekanallar öz proqramlarına dəyişiklik etdilər, hətta bir qədər irəli gedərək Bədii Şura yaratdıqlarını elan olundu.
Xatırladaq ki, sovet dövründə Bədii Şura faktiki olaraq senzura ilə əlaqədar işləyirdi və efirə nələrin verilib-verilməməsini müəyyənləşdirirdi. İstisna deyil ki, sabah qəzetlər və digər media quruluşlarına da bədii və ya redaksiya şurasının yaradılması göstərişi verilsin və bununla da senzura fərqli yolla yenidən mediaya qayıtsın.

Turan agentliyinin rəhbəri Mehman Əliyev isə deyir ki, qəzet redaksiyalarında şuranın yaradılması normaldır, çünki dünyada KİV-lərin özlrinin xüsusi şuraları olur və oraya adətən ictimai xadimlər, qzeti oxyan məşhur şəxslər daxil olurlar. Bu şəxslər qəzeti izləyirlər və lazım gələndə təkliflərini də irəli sürürlər. Bu isə qəzetin öz-özünü tənzimləməsinə və nöqsanları aradan qaldırmasına xidmət edir. İndi bizdə Ramiz Mehdiyevin bir məqalsi çıxdı və bundan dərhal sonra telekanallar öz fəaliyyətlərinə yenidən baxdılar, proqramlarına dəyişikliklər etdilər. Əslində isə bu göstərdi ki, telekanallar müstəqil deyillər. Biz onsuzda deyirdik ki, kanallar hakimiyyətdən tam asılıdırlar, onlarla dövlət televiziyası arasında heç bir fərq yoxdur. Sabah tapşırıq gəlsə ki, əyləncəni 70% edin, belə də edəcəklər.

Kanallarda oynamaqla, oxumaqla hakimiyyətə lazım olan fikirləri, ola bilər ki, uğurları cəmiyətin beyninə yeridə bilmirlər. Yəni hakimiyyətlə xalq arasında informasiya təması qurula bilmir. Əsas narahatçılıq budur. Bu səbəbdəndə Mehdiyev müəyyən təkliflər səsləndirir ki, ciddi verilişlərin sayını çox edin. Ancaq onların özlərinin də dəqiq konsepsiyası yoxdur ki, hansı addımlar atılsın. Yenilik etmək istəyirlərsə, araşdırmalar aparsınlar, konsepsiya yaratsınlar, kadrların peşəkarlığını artırmaq istəyirlərsə, təhsil məsələsinə ciddi yanaşsınlar».

Mehman Əliyev deyir ki, ölkədə onsuz da senzura mövcuddur: «Televiziya və Radio haqqında qanun var və orada dəqiq göstərilib ki, kanallar qanuna müvafiq olaraq balanslı, obyektiv, qərəzsiz verilişlər hazırlayaraq yaymalıdırlar. Ancaq onların iqtisadi, siyasi və sosial verilişlərinin hamısı tərəflidir. Bütün verilişlərdə hakimiyyət təriflənir, tənqid yoxdur. Eyni zamanda hakimiyyətin opponetlərini kanallara buraxmırlar, əks fikiri təqdim etmirlər və balans yaratmırlar. Bunun özü isə faktiki olaraq senzuradır. İndi hansı yeni senzuradan söhbət gedə bilər?»

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
«Azərbaycan tamaşaçısı yerli televiziyaları izləmir»

«Azərbaycan tamaşaçısı yerli televiziyaları izləmir»

13-10-2009
“Telekanallar gözlədiyimiz səviyyədə nəticə çıxarmayıb”

“Telekanallar gözlədiyimiz səviyyədə nəticə çıxarmayıb”

23-11-2009
Əhali yerli televiziyaların fəaliyyəti haqda nə düşünür?

Əhali yerli televiziyaların fəaliyyəti haqda nə düşünür?

19-11-2009
Azərbaycanda «iPhone 12»lərin qiyməti məlum olub

Azərbaycanda «iPhone 12»lərin qiyməti məlum olub

02-11-2020
Məşhurlar öz klonlarından pul qazana biləcək

Məşhurlar öz klonlarından pul qazana biləcək

17-07-2019
Milli Teleradio Şurası telekanalların monitorinqini gücləndirib

Milli Teleradio Şurası telekanalların monitorinqini gücləndirib

23-10-2009
Azərbaycanda ciddi struktur islahatları gözlənilir

Azərbaycanda ciddi struktur islahatları gözlənilir

12-01-2019
Ramiz Mehdiyev yeni vəzifəyə təyin edilib

Ramiz Mehdiyev yeni vəzifəyə təyin edilib

23-10-2019
Azərbaycanda İnternetdə senzura var?

Azərbaycanda İnternetdə senzura var?

13-03-2009
Qətliam günü yaranan informasiya blokadası

Qətliam günü yaranan informasiya blokadası

01-05-2009
Nazirlikdən  İnformatika  fənni ilə bağlı açıqlama

Nazirlikdən İnformatika fənni ilə bağlı açıqlama

07-08-2017
Dünyanın ən bahalı brendləri məlum oldu

Dünyanın ən bahalı brendləri məlum oldu

01-07-2020
MTRŞ sədri telekanalları tənqid etdi

MTRŞ sədri telekanalları tənqid etdi

11-02-2011
“Rabitə nazirliyi digər xərcləri aşağı salmasa, biz qiyməti saxlamalıyıq”

“Rabitə nazirliyi digər xərcləri aşağı salmasa, biz qiyməti saxlamalıyıq”

01-09-2009
«İnternet televiziyaların lisenziyalaşdırılması ifadə və söz azadlığını pozur»

«İnternet televiziyaların lisenziyalaşdırılması ifadə və söz azadlığını pozur»

22-04-2010
«Azərbaycanda dövlət provayderlərinin hegemonluğu var»

«Azərbaycanda dövlət provayderlərinin hegemonluğu var»

09-03-2010
Azərbaycanda Söz Azadlığı mövzusunda milli konfrans keçirib.

Azərbaycanda Söz Azadlığı mövzusunda milli konfrans keçirib.

01-05-2012
“Dövlət internet mediaya  dəstək verməlidir”

“Dövlət internet mediaya dəstək verməlidir”

29-12-2014
“Bütün verilişlər Azərbaycan dilində yayımlanmalıdır”

“Bütün verilişlər Azərbaycan dilində yayımlanmalıdır”

30-12-2008
Nazir: Region dövlətlərinin rabitə operatorları TASİM layihəsinə ciddi maraq göstərir

Nazir: Region dövlətlərinin rabitə operatorları TASİM layihəsinə ciddi maraq göstərir

20-12-2010
Tender komissiyasının üzvləri ayrıca cərimə ediləcək-Yenilik

Tender komissiyasının üzvləri ayrıca cərimə ediləcək-Yenilik

13-02-2023
«Ən böyük internet senzurası yüksək qiymətdir»

«Ən böyük internet senzurası yüksək qiymətdir»

26-06-2009
Azərbaycan elektrik maşınları üçün enerji stansiyalarının istehsalına başlayıb

Azərbaycan elektrik maşınları üçün enerji stansiyalarının istehsalına başlayıb

13-03-2023
ATV iki verilişin yayımını və SMS onlayn xidmətini dayandırıb

ATV iki verilişin yayımını və SMS onlayn xidmətini dayandırıb

05-10-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə