Previous Next
Bağla

Tikintiyə və istismara elektron icazələr sistemi haqda onlayn seminar keçirildi

10-07-2020 20:14
Tikintiyə və istismara elektron icazələr sistemi haqda onlayn seminar keçirildi

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintiyə və istismara icazə prosedurlarını asanlaşdıran “Bir pəncərə” elektron müraciət sisteminin yeni imkanları ilə bağlı növbəti maarifləndirici seminar onlayn təşkil edildi, sahibkarları şəhərsalma proseslərinə dair maraqlandıran sual və təkliflər ətraflı müzakirə olundu. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) vebinar formatında birgə təşkil etdiyi bu görüşə tikinti sektorunda fəaliyyət göstərən şirkət nümayəndələri və fərdi sahibkarlar qatıldı.

Xeberler.az bildirir ki, təşkilatçılarla yanaşı digər aidiyyəti dövlət qurumlarının da təmsil olunduğu vebinarda inşaat obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi ilə bağlı həyata keçirilən ardıcıl islahatların yaratdığı imkanlar ətrafında geniş fikir mübadiləsi aparıldı, iştirakçılara “Bir pəncərə” elektron sisteminin artıq yenilənmiş funksionallığı və yaxın gələcəkdə daha çox xidmətləri əhatə etmək məqsədilə planlaşdırılan təkmilləşdirilməsi barədə ətraflı məlumat verildi.

Bildirildi ki, Azərbaycan Respublikası Prezidentinin 28.12.2018-ci il tarixli müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə Komitənin yaradılaraq istifadəyə verdiyi “Bir pəncərə” elektron müraciət sistemi şəffaflığı və istifadədə rahatlığı sayəsində inşaat obyektlərinin tikintisinə və istismarına icazələrin alınması prosedurunu əhəmiyyətli dərəcədə asanlaşdırıb, məmur-sahibkar ünsiyyətini minimuma endirərək iş adamlarının əlavə vaxt itkisinin qarşısını alıb. Ötən ilin əvvəlində istifadəyə verilmiş “Bir pəncərə” portalında son dövrdə aparılmış təkmilləşdirilmə işləri nəticəsində istifadəçilər Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikinti obyektləri və anbar binalarının tikintisinə və istismarına icazələrlə yanaşı, həmçinin ekspertizası tələb olunan tikinti obyektlərinin istismarına da elektron icazə ala bilərlər. Ekspertizası tələb olunmayan tikinti obyektləri üçün hər iki icazə ödənişsizdir.

Vebinar çərçivəsində “Bir pəncərə” sisteminin hər bir funkional bölməsi əyani nümayiş olundu, istifadəçinin elektron kabineti vasitəsilə test müraciətin bütün mərhələləri, o cümlədən tikinti layihəsinin elektron qaydada portala yüklənməsindən başlayaraq aidiyyəti dövlət qurumlarının rəylərinin elektron qaydada toplanması və nəticədə elektron icazənin alınmasınadək bütün proses təqdim olundu.

Hazırda Komitə tərəfindən sistemin daha da təkmilləşdirilməsi məqsədilə yeni xidmət növlərinin əlavə olunması istiqamətində işlər davam etdirilir ki, ilin sonunadək “Bir pəncərə” portalı vasitəsi ilə bütün növ obyektlərin tikintisinə icazələrin alınması da mümkün olacaq.

Vebinarda tikintiyə və istismara icazələrin alınması sahəsində sahibkarların səsləndirdiyi təkliflər qeydə alındı və sistemin optimizasiyası imkanları müzakirə olundu.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda tikintiyə icazə verilməsi elektronlaşdırılıb

Azərbaycanda tikintiyə icazə verilməsi elektronlaşdırılıb

21-02-2019
“Elektron Tikinti Portalı” altsistemi yaradılacaq

“Elektron Tikinti Portalı” altsistemi yaradılacaq

14-06-2023
Tikintiyə icazə üçün tələb olunan məlumatlar elektron qaydada təqdim olunacaq

Tikintiyə icazə üçün tələb olunan məlumatlar elektron qaydada təqdim olunacaq

15-03-2023
“Şəhərsalma Nəzarəti” informasiya sistemi yaradılacaq

“Şəhərsalma Nəzarəti” informasiya sistemi yaradılacaq

27-12-2023
Biznes islahatları beynəlxalq qurumlara və QHT-lərə təqdim olundu

Biznes islahatları beynəlxalq qurumlara və QHT-lərə təqdim olundu

30-01-2019
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib

11-02-2019
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik ediləcək

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik ediləcək

07-04-2023
Yerli icra qurumların populyar xidməti hansılardır?

Yerli icra qurumların populyar xidməti hansılardır?

17-07-2017
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni Video icmal təqdim edəcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni Video icmal təqdim edəcək

25-02-2019
“Fərdi elektron pəncərə” istifadəyə veriləcək

“Fərdi elektron pəncərə” istifadəyə veriləcək

21-02-2014
Azərbaycanda sahibkarlar üçün yeni e-xidmət-Video

Azərbaycanda sahibkarlar üçün yeni e-xidmət-Video

14-02-2018
İKTA radioelektron vasitələrə icazələrin verilməsini asanlaşdırır

İKTA radioelektron vasitələrə icazələrin verilməsini asanlaşdırır

13-03-2024
“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı dəyişdi

“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı dəyişdi

20-04-2024
Mobil qeydiyyat kampaniyası davam edir

Mobil qeydiyyat kampaniyası davam edir

19-07-2019
Bu ilin I rübündə 8 mindən çox avadanlığın idxalına xüsusi icazə verilib

Bu ilin I rübündə 8 mindən çox avadanlığın idxalına xüsusi icazə verilib

02-05-2025
Ötən il İKTA tərəfindən 41 minə yaxın avadanlığa icazə sənədi verilib

Ötən il İKTA tərəfindən 41 minə yaxın avadanlığa icazə sənədi verilib

17-01-2025
Elektron icazənin tətbiqi ilə ilk yükdaşımalar həyata keçirilib

Elektron icazənin tətbiqi ilə ilk yükdaşımalar həyata keçirilib

23-12-2024
Azərbaycanda hərraclar artıq elektron şəkildə həyata keçiriləcək

Azərbaycanda hərraclar artıq elektron şəkildə həyata keçiriləcək

21-05-2020
UNEC tələbələrinə innovativ və operativ xidmət: Bir pəncərə

UNEC tələbələrinə innovativ və operativ xidmət: Bir pəncərə

21-05-2019
İcazələr portalından istifadə sayı açıqlanıb

İcazələr portalından istifadə sayı açıqlanıb

14-09-2015
"Məhkəmə Ekspertizası" informasiya sistemi yaradılır

"Məhkəmə Ekspertizası" informasiya sistemi yaradılır

04-11-2025
Portal vasitəsilə 110 elektron lisenziya verilib

Portal vasitəsilə 110 elektron lisenziya verilib

18-05-2018
Sahibkarlar lisenziya və icazələr almaq üçün necə elektron müraciət etməlidirlər?

Sahibkarlar lisenziya və icazələr almaq üçün necə elektron müraciət etməlidirlər?

23-08-2023
“İcazələr” sistemi “myGov” portalına inteqrasiya olunub

“İcazələr” sistemi “myGov” portalına inteqrasiya olunub

27-02-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə