“ Türk liseylərinin uşaqları olimpiadalarda yenə də üstünlük təşkil edir”

18-04-2023 / 14:43
Məktəblilərimiz 13-19 aprel tarixlərində Sloveniyada keçirilən 12-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO) uğurla çıxış ediblər.
 
Fizika, Riyaziyyat və İnformatika təmayüllü Liseyin şagirdi Fidan Qarayeva qızıl medal, Türkiyə Dəyanət vəqfi Bakı Türk liseyinin məktəblisi Sevinc Mahmudova bürünc medal, bu liseyin digər iki məktəblisi Fidan Cəfərli və Səfurə Ramizqızı da həvəsləndirici mükafatlar alıblar.
 
"Burada düşündürücü məqam həm də odur ki, Türk liseylərinin uşaqları olimpiadalarda yenə də üstünlük təşkil edir. Amma hökumət, Elm və Təhsil Nazirliyinin resurslar ayırdığı Olimpiada Mərkəzi daha çox ETN tabeliyində olan təhsil müəssisələri ilə məşğul olur. Yəni hökumətin resursları ənənəvi məktəblərimizin olimpiada hazırlığına yönəlib. Belə olan halda sual yaranır ki, nə üçün FRİTL -dən iştirakçı az olur, digərlərindən daha çox".
 
Bunu Xeberler.az-a məsələni şərh edərkən Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib.
 
Onun sözlərinə görə, ötən illərin nəticələri ilə müqayisə etdikdə görmək olar ki, bu olimpiadada əvvəlki illərə nisbətən nəticələr də yetərli olmayıb.
 
"Ümid edirəm ETN də baş verənlərin fərqindədir, təhlillər aparır və ayrılan resurslara uyğun daha effektiv nəticələrin əldə edilməsini diqqətdə saxlayacaq",-deyə ekspert vurğulayıb.
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə