Ukrayna “Starlink”i istifadəyə verən ilk Avropa ölkəsi olacaq

10-07-2025 / 18:19

Ukrayna 2026-cı ilin ortalarında “Starlink” mobil rabitə xidmətlərini təklif edəcək ilk Avropa ölkəsi olacaq.

Xeberler.az bildirir ki, bu barədə “Kiyevstar” operatorunun baş direktoru Aleksandr Komarov məlumat verib.

2024-cü ilin sonunda ABŞ-ın “SpaceX” geniş şəbəkəli kommersiya qrupu ilə bağlanmış saziş çərçivəsində sahə sınaqları artıq başlayıb. Bu saziş İlon Maskın şirkətinə Ukraynada birbaşa peykdən mobil şəbəkəyə qoşulma xidmətlərini istifadəyə verməyə imkan yaradacaq.

Birbaşa bağlantı funksiyasına malik cihazlar modemlərlə təchiz olunmuş peyklərə qoşulur. Bu peyklər kosmosdan birbaşa smartfonlara telefon siqnallarını ötürərək mobil rabitə qüllələri kimi fəaliyyət göstərir.

Bu texnologiya sayəsində Ukraynanın ən ucqar və çətin əlçatan bölgələrində də yüksəksürətli internet və mobil rabitə xidmətlərindən istifadə etmək mümkün olacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə