Previous Next
Bağla

WhatsApp-da dostlarınızı daha rahat izləyəcəksiniz

23-11-2015 17:21
 WhatsApp-da dostlarınızı daha  rahat izləyəcəksiniz

Günümüzün ən məşhur tətbiqi və mesajlaşma servisi olan WhatsApp-a alavə edilən “Son görülmə” və “Mavi işarə” kimi funksiyalar yaxın dostlar, ailə və sevgililər arasında bəzi problemlər yarada bilir.

Məlumat verdiyimiz kimi, Whatsdog adlı proqram ilə seçdiyiniz bir insanın onlayn vəziyyətini izləmək mümkün idi.  Lakin hazırda  bu proqramı istifadə etmək mümkün deyil. 

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, mobil tətbiqin  WhatAlert adlanan yeni versiyası təqdim olunub.  

WhatAlert proqramı 24 saat, 1 həftə və 1 ay müddətində nə qədər onlayn qaldığınızı, neçə dəfə bu tətbiqə daxil olduğunuz və çıxdığınızı göstərir. Həmçinin şəxsi dedektiv kimi onlayn olduqdan neçə müddət sonra oflayn olduğunuzu da göstərir.  

Bu linkə daxil olaraq yalnız Android cihazlar üçün olan WhatAlert tətbiqini yükləyib istifadə edə bilərsiniz.

 

Sevinc Əsədova

ŞƏRHLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə