Bu gün “World Net Summit” onlayn konfransının son 2 tədbiri – “Corporate
Innovation Forum” və “Venture Summit” təşkil ediləcək.
Xeberler.az bildirir ki, konfransın “Corporate Innovation Forum” fazası 16:30-18:00 saatlarında Lütfi Zadə Texnologiya Mərkəzinin nümayəndəsi İmran Bağırovun moderatorluğu ilə keçiriləcək.
Spiker qismində “Microsoft Azərbaycan” şirkətinin baş meneceri Qaçay Mirzəyev, “EY” şirkətinin Rəqəmsal strategiya, kibertəhlükəsizlik və texnologiyalar bölməsinin rəhbəri Anar Cəfərzadə, “Pabora.io”nun Strateji tənzimləmə texnologiyaları üzrə məsləhətçisi Patrik Boşçer və “Kaspersky”nin Texniki satış eksperti Aleksandr Simonov iştirak edəcək.
“Venture Summit” fazası 18:30-20:00 saatları aralığında İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimin moderatorluğu, “NextechVentures” şirkətinin idarəçi tərəfdaşı Daniel Hastik, “Fintek” sahibkarı və texnologiya investoru Qaurav Dhar, “DAAL” Vençur Fondunun baş investisiya inzibatçısı Leva Abuxait, “mələk investor” Fərid Musayev və Özbəkistan Vençur Fond Assosiasiyasının İdarə Heyətinin sədri Dilşod Zufarovun spiker kimi iştirakı ilə baş tutacaq.
Tədbirlər “Facebook” ( https://www.facebook.com/netsummit/ ) sosial şəbəkəsi və “Youtube” ( https://www.youtube.com/channel/UCv72EWEAQKBQdHX0ZB1fYLw )
üzərindən canlı yayımlanacaq.
Qeyd edək ki, digər fazalar barədə ətraflı məlumatı tədbirin saytında ( https://worldnetsummit.com/home ) qeydiyyatdan keçməklə əldə etmək mümkündür.
Qeydiyyatdan keçənlərin elektron poçt ünvanlarına tədbirlər canlı yayımlanan zaman bildiriş göndərilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri