“Xalq Kompüteri” layihəsinin rəsmi saytı fəaliyyətə başladı

18-08-2009 / 18:01

“Xalq Kompüteri” layihəsinin rəsmi saytı açılıb - www.xalqkomp.az. fəaliyyətə başladı.Layihə icarıçılarından verilən məlumata görə, saytın yaradılmasında əsas məqsəd həm layihənin istiqamətləndiyi auditoriyanı, həm də, ümumiyyətlə, ölkə ictimaiyyətini layihə haqqında daha geniş şəkildə məlumatlandırmaqdır.

Saytda layihə, həmçinin onun hazırda ünvanlandığı orta ümumtəhsil müəllimləri tərəfindən kompüterlərin alınması üçün yaradılmış imkanlar haqqında geniş məlumat yerləşdirilib.

HP şirkətinin biznes inkişafı üzrə meneceri Rasim Bəxşinin sözlərinə görə, saytda müəllimlərin rahatlığı məqsədilə əhali arasında tədricən daha çox hörmət qazanan layihəyə aid məlumat daim yeniləşəcək: "Artıq bu günə kimi 2000-dən çox kompüter satılıb. “Golden Pay” onlayn-ödəniş sisteminin tətbiqi kompüterlərin alınmasını daha da asan edir."

R.Bəxşinin sözlərinə görə, onlayn-ödəniş sisteminin tətbiqi özündə maarifçilik funksiyanı da əks etdirir, çunki əhali arasında elektron ticarət haqqında müəyyən bilik formalaşır.

Qeyd etmək lazımdır ki, saytda həmçinin kompüterlərin alınması azərbaycanlı müəllimlərin həyatına gətirdiyi dəyişikliklər haqqında məqalələrin dərc olunması da planlaşdırılır.  

““Xalq Kompüteri” layihəsinin əsas məqsədi sadəcə müəllimlərin kompüterlərlə təmin olunmasından ibarət deyil, məhz onların öz həyatlarına münasibətlərin dəyişdirilməsi, dəyərlər haqqında yenidən düşünmələri və düşüncələrində irəliləyişin əldə olunması üçün imkanlarının yaradılmasından ibarətdir. Bunların hamısı isə bilik və maarifin artması sayəsində mümkün ola bilər. Informasiya texnologiyaları hazırda inkişafın vacib alətləridir. Layihənin məqsədi də həmin alətlərin vacib sosial peşə sahiblərinə, yəni müəllimlərə təqdim olunmasından ibarətdir”, deyə R.Bəxşi qeyd etdi.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə