Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) şəxsi heyəti 27 sentyabr - Anım Günü ilə əlaqədar İkinci Şəhidlər Xiyabanını ziyarət edib.
Xeberler.az məlumat verir ki, şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb, əziz xatirələri ehtiramla yad edilib.
Mərasim yerində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbədən bəhs olunub. Həmçinin ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının, şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim yad edildiyi vurğulanıb.
Daha sonra XRİTDX-nın hərbi qulluqçuları Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev və xidmətin digər əməkdaşları xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini yad ediblər.
Vətən müharibəsinin başlandığı gün - 27 sentyabr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Anım Günü kimi qeyd edilir.
Vətənimizin bütövlüyü uğrunda canından keçən qəhrəman igidlərimizin adını uca tutmaq, onları daima anmaq və xatirələrdə yaşatmaq hər birimizin vətəndaşlıq borcudur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri