Previous Next
Bağla

Yeni kiber qrupların hədəfi hansı sahədir?

20-04-2018 15:51
Yeni kiber qrupların hədəfi hansı sahədir?

Cari ilin ilk üç ayı ərzində Kaspersky Lab şirkətinin tədqiqatçıları tərəfindən hədəfli hücumlar üzrə ixtisaslaşmış Asiya köklü bir neçə yeni kiberqruplaşmala aşkar edilib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, yanvar-mart aylarında mütəxəssislər tərəfindən hazırlanan xüsusi hesabatların 30%-dən çoxu bu regionda keçirilən kampaniyalara həsr edilib.

Çindilli hakerlərın fəallığının artması davam edib. Əsas oyunçular “ShaggyPanther” və “CardinalLizard” adlı qruplaşmalar olub.

Birincilərin əsas hədəfi Tayvan və Malayziyanın dövlət təşkilatları, ikincilərin hədəfi isə Malayziya, Filippin, Monqolustan və Rusiyada yerləşən müxtəlif şirkətlərdir.

Mütəxəssislər “CardinalLizard”ı əvvəllər məşhur olan çindilli kibercinayətkarlarla əlaqələndirirlər ki, onların fəallığı 2014-cü ildən etibarən müşahidə olunur. Daha bir çindilli qruplaşma olan “IronHusky” diqqətini Rusiyanın hərbi bazalarından Monqolustanın analoji obyektlərinə yönəldib. Yanvarın sonunda bu qrupdan olan hakerlər Beynəlxalq Valyuta Fondu ilə görüşdən öncə Monqolustanın dövlət təşkilatlarına hücum edib.

Yüksək aktivliyi koreyadilli hakerlər də qoruyub saxlaya biliblər. Məsələn, “Kimsuky” qruplaşmasının hakerlərı öz arsenalını kibercasusluq üçün nəzərdə tutulmuş və və hədəfli fişinq kampaniyalarında istifadə edilmiş tam yeni bir alətlə zənginləşdiriblər. Bu qrupun əsas hədəfləri sırasında Cənubi Koreyanın təhlil mərkəzləri və siyasi qurumlar yer alıb. Digər məşhur koreyadilli “Lazarus” qruplaşmasının bölməsi olan “Bluenoroff” da hücümlarda fəallıq göstərib. İndi onların hədəflər siyahısına kriptovalyuta şirkətləri və POS-cihazlar da daxildir.

Cənubi Asiyada da bir sıra hədəfli hücum qeydə alınıb. Məsələn, Pakistanın hərbi müəssisələri “Sidewinder” adlı yeni qruplaşmanın hücumlarına məruz qalıb. Ekspertlərin fikrincə, bu qruplaşma ən azı 2012-ci ildən etibarən fəaldır və Hindistan mənşəlli ola bilər.

Kaspersky Lab Yaxın Şərqdə də hakerlərin fəallığının artmasını qeydə alıb. Məsələn, “StrongPity” adlı qruplaşma internet provayderlərin şəbəkələri vasitəsilə bir sıra yeni hücum təşkil edib. “Desert Falcons” adlı digər bir kiberqruplaşma 2014-cü ildə istifadə etdikləri zərərli proqram təminatlarının köməyi ilə yenidən Android cihazlarına hücum etməyə başlayıb.

Eyni zamanda, mütəxəssislər tərəfindən aparılan qeydlərə əsasən, hesabat dövründə bəzi tanınmış qruplaşmalar, demək olar ki, heç bir fəallıq nümayiş etdirməyib.

“İlin ilk üç ayı ərzində biz müxtəlif səviyyələrdə inkişaf edən bir neçə yeni kiber qrup aşkar etdik. Lakin, ümumiyyətlə, onlar olduqca intişar etmiş və əlçatan alətlərdən istifadə ediblər. Eyni zamanda, biz əvvəllər məşhur olan bir çox qruplaşmanın əhəmiyyətli fəallıqlarını aşkar etmədik. Güman etmək olar ki, onlar strategiyalarını yenidən nəzərdən keçirərək gələcək hücumlar üçün daxili yenidənqurma işləri aparırmaq məqsədilə fasilə elan ediblər", - deyə Kaspersky Lab-ın Rusiya tədqiqat mərkəzinin rəhbəri Yuri Namestnikov əlavə edib.

Kaspersky Lab-ın hədəfli hücumlarla bağlı tədqiqatı 2018-ci ilin birinci rübündə şirkətin mütəxəssisləri tərəfindən kiberhadisələr üzrə hazırlanmış 27 xüsusi hesabatın məlumatlarına əsaslanır. Onların hamısı yoluxma indikatorlarını və YARA-qaydalarını əhatə edir, bu da hadisələrin araşdırılmasında və gələcəkdə bənər hücumların daha tez müəyyən edilməsinə imkan verir.

 Daha ətraflı burada. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bu il şirkətlərə qarşı kiber-hücumların sayı iki qat artıb

Bu il şirkətlərə qarşı kiber-hücumların sayı iki qat artıb

25-12-2015
Lazarus kriptovalyuta birjasına hücum edib

Lazarus kriptovalyuta birjasına hücum edib

24-08-2018
Bu il ən çox hansı ölkələrə kiberhücum olub?

Bu il ən çox hansı ölkələrə kiberhücum olub?

22-05-2017
Kriptovalyuta birjasından 2 milyon dollara yaxın pul oğurlanıb

Kriptovalyuta birjasından 2 milyon dollara yaxın pul oğurlanıb

04-10-2018
Bu proqram söhbətlərə gizlicə qulaq asır

Bu proqram söhbətlərə gizlicə qulaq asır

18-01-2018
Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019
Kaspersky: DdoS hücumlarının sayı artıb

Kaspersky: DdoS hücumlarının sayı artıb

15-11-2021
Qış Olimpiya Oyunlarında baş verən kiberhadisələr-Araşdırma

Qış Olimpiya Oyunlarında baş verən kiberhadisələr-Araşdırma

13-03-2018
Covid-19 vaksini hazırlayan şirkətlərə qarşı kiber hücumlar edilib

Covid-19 vaksini hazırlayan şirkətlərə qarşı kiber hücumlar edilib

29-12-2020
iOS qurğularında yeni zərərverici aktivlik qeydə alıb

iOS qurğularında yeni zərərverici aktivlik qeydə alıb

28-09-2018
Routerin sındırılması cinayətkarlara pul oğurlamağa imkan yaradır

Routerin sındırılması cinayətkarlara pul oğurlamağa imkan yaradır

24-05-2018
Kaspersky: DDoS hücumlarında kəskin artım qeydə alıb

Kaspersky: DDoS hücumlarında kəskin artım qeydə alıb

19-08-2020
Kaspersky Lab enerji sektorunun üzləşdiyi təhlükələri araşdırıb

Kaspersky Lab enerji sektorunun üzləşdiyi təhlükələri araşdırıb

11-10-2019
Hakerlər Telegram-dakı problemdən necə faydalanıb?-Araşdırma

Hakerlər Telegram-dakı problemdən necə faydalanıb?-Araşdırma

15-02-2018
Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

26-01-2017
Mobil bank troyanların kəskin artması aşkar edilib

Mobil bank troyanların kəskin artması aşkar edilib

10-08-2018
Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018
“Bankın onlayn xidmətindəki problem müştəridə güvənsizlik yaradır”

“Bankın onlayn xidmətindəki problem müştəridə güvənsizlik yaradır”

27-07-2017
Bank troyanları 430 min istifadəçiyə hücum edib

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019
Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

27-08-2020
Ən uzunmüddətli DDoS hücumu qeydə alınıb

Ən uzunmüddətli DDoS hücumu qeydə alınıb

27-04-2018
Kaspersky bəzi cihazlarda silsilə Lazarus hücumları aşkarlayıb

Kaspersky bəzi cihazlarda silsilə Lazarus hücumları aşkarlayıb

30-07-2020
Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

01-07-2016
“Kaspersky maliyyə sahəsi üçün 2022-ci ilin kiber təhlükəsizlik proqnozunu hazırlayıb

“Kaspersky maliyyə sahəsi üçün 2022-ci ilin kiber təhlükəsizlik proqnozunu hazırlayıb

30-11-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə