Previous Next
Bağla

Yeni tədris ilində təhsil robotlarının tətbiqinə başlanılıb

22-09-2018 10:28
Yeni tədris ilində təhsil robotlarının tətbiqinə başlanılıb

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi təhsildə müasir texnologiyaların tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması və informasiya-kommunikasiya texnologiyalarının tədris prosesində geniş istifadəsinin təmin olunması məqsədilə müxtəlif layihələr və tədbirlər həyata keçirir. Hazırda Təhsil Nazirliyinin sifarişinə əsasən, 5 ümumi təhsil müəssisəsi “Lego Education Mindstorms EV3” təhsil robotları ilə təmin olunub və 15 ümumi təhsil müəssisəsinə də avadanlıqların paylanılmasına başlanılıb.

Xeberler.az  bildirir ki, bu barədə SİA-ya Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ümumi təhsil müəssisələrinin informatika otaqlarına xüsusi olaraq "Lego Education" təhsil həllərinə uyğun tərtibat verilir, otaqlar avadanlıqlar üçün mebellərlə təchiz olunur. Məktəb müəllimləri xüsusi sertifikatı olan xarici mütəxəssislər tərəfindən keçirilən təlimlərdə iştirak edir, robotların proqramlaşdırılması, təhsildə tətbiqi və inteqrasiyası barədə biliklərə yiyələnirlər.

Təmin olunan robot dəstləri robotun “beyni” hesab olunan və proqramlaşdırıla bilən “Brick” kontroller çipi, Lego konstruktorlar və xüsusi blok əsaslı proqram təminatı hissələrindən ibarətdir. Şagirdlər konstruktor hissələrdən istifadə edərək onlara lazım olan modelləri hazırlayır və modelin hərəkətə gəlib verilən tapşırıqları yerinə yetirməsi üçün “Brick” çipini proqramlaşdırırlar. “Midstorms EV3” əsas dəstdən başqa, daha böyük və müxtəlif fənlər üzrə spesifik tapşırıqların yerinə yetirilməsi üçün məktəblərə “Expansion” dəsti də paylanılır.

Cari ildən etibarən fizika və informatika dərslərində istifadə olunacaq avadanlıq dəstlərinin paylanılması nəzərdə tutulub. Bununla yanaşı, yeni dərs ilindən etibarən 12 məktəb ibtidai sinif şagirdləri üçün nəzərdə tutulmuş “Lego Education WeDo 2.0” robot dəstləri də əldə edəcəklər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Orta məktəblərə təhsil robotları paylanılır

15-11-2018

Azərbaycanın təhsil sistemində İKT-dən istifadə prosesi genişləndirilir

28-12-2015

İnformatika müəllimləri üçün seminarlar təşkil olunub

24-10-2019

Azərbaycanda Bilik Günüdür

15-09-2016

“Rəqəmsal məktəb” platforması 500 mindən çox şagirdi əhatə edir

04-07-2025

Rəqəmsal summativ qiymətləndirmələr keçirilir

31-10-2022

İKT üzrə təlimlər keçirilib

02-10-2018

“Elektron təhsil” müsabiqəsinin qalibləri açıqlanacaq

22-12-2015

Azərbaycan Təhsil Şəbəkəsinə cəmi 1200 məktəb qoşulub

06-09-2012

Agentlik: 10 min şagird kompüter əsaslı monitorinqə cəlb olunacaq

08-05-2025

“Elektron təhsil” müsabiqəsi başladı

19-09-2016

Müəllimlər üçün stajkeçmə xidməti təşkil olunacaq

20-09-2019

Təhsildə İKT-nin tətbiqi üzrə I Bakı Forumu keçirilir

29-11-2018

Qərbi Kaspi Universitetində robotlar yarışıb

26-05-2018

“BilBacar” müsabiqəsində iştirak üçün məktəb qeydiyyatı aparılır

03-11-2025

Bu gün Azərbaycanda Bilik Günü qeyd edilir

15-09-2017

Rəqəmsal qaydada keçirilən qiymətləndirmənin əhatə dairəsi genişləndiriləcək

18-07-2022

Təhsildə İKT-nin tətbiqi üzrə mentorluq layihəsinə başlanıb

23-10-2015

Rəqəmsal məktəb platforması istifadəyə verilib

07-02-2025

Təhsildə İKT və innovativ sahibkarlığın təşviqi mövzusunda dəyirmi masa keçirilib

24-01-2019

Sosial servislərin tədris prosesində rolu ilə bağlı müzakirələr və təlimlər keçiriləcək

27-03-2012

“Elektron təhsil” müsabiqəsinin qalibləri-Foto

26-12-2017

Respublika fənn olimpiadalarının məktəb mərhələsi keçirilib

31-10-2022

Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması tətbiq olunacaq

15-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə