Previous Next
Bağla

Yeniyetmələr üçün “KeepVision” proqramı təqdim olunub

11-06-2015 21:16
Yeniyetmələr üçün “KeepVision” proqramı təqdim olunub

Müasir dövrdə uşaqlar saatlarla telefon və ya planşetlərdən istifadə edirlər. Bu isə, öz növbəsində, görmə problemlərinə yol aça bilər. Rusiyanın “KeepVision” startapı bu problemi həll etmək üçün yeniyetmələrdə görmənin zəifləməsi haqqında vaxtında diaqnoz qoymağa imkan verən və valideynlərin qadjetlərə nəzarətinə kömək edən smartfonlar üçün proqram təqdim edib.

Xəbərlər-in computerra.ru saytına istinadən verdiyi məlumata görə, bu zaman valideynlər uşağının və özünün smartfonuna proqram yükləməlidirlər. Nəticədə proqram uşaqların qadjetdən istifadəsi haqqında informasiyanı toplayacaq və uşağın fərdi xüsusiyyətlərini nəzərə alaraq onu emal etməklə valideynləri məlumatlandıracaq.

Beləliklə, ən məşğul valideynlər də real vaxt rejimində uşaqlarının görmə qabiliyyətinə təsir edən zərərli amilləri izləyə və görmə dəqiqliyini yoxlaya biləcəklər. Zəruri olduqda, “KeepVision for Kids” uşaqların görmə qabiliyyətinin pozulmasının qarşısını almaq üçün xüsusi məşqlər təklif edir.

Layihənin sınaqları zamanı Ufa məktəbləri arasında tədqiqatlar aparılmış və şagirdlərin 75 faizində görmə zəifliyinin olduğu aşkar olunmuşdur. Maraqlıdır ki, öz problemlərindən xəbərdar olan şagirdlərin 50 faizi eynək taxmır və ya görmə qabiliyyətinin zəifləməsi haqqında valideynlərini məlumatlandırmırlar.

Hazırda layihə müəllifləri investorlarla danışıqlar aparır.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

17-01-2020

Görmə məhdudiyyətli insanlar üçün xüsusi eynək hazırlanıb

27-08-2019

Yeni eynək görmə qabiliyyətini qaytarmağa kömək edəcək

01-08-2016

Ev şəraitində görmə itiliyini yoxlayan cihaz təqdim olunub

29-12-2016

Facebook-dan yenilik

14-10-2015

Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

20-02-2020

Uşaqların təhlükəsizliyini qoruyan yeni mobil tətbiq

02-12-2015

İlon Musk:Yeni Neuralink implantı anadangəlmə kor insanlara görmə imkanı verəcək

18-09-2024

Apple iPhone üçün tüstü detektorunu patentləşdirib

02-09-2015

Övladlığagötürmə ilə bağlı elektron infrastruktur yaradılır

28-08-2019

Övladlığagötürmə ilə bağlı yeni altsistemin təqdimatı olub

03-03-2020

Görmə qüsurlu insanlar üçün planşet hazırlanır

20-02-2015

Əşyaları tanıyan cihaz yaradılıb

12-05-2016

Elektron gündəlik sistemi nə deməkdir?

30-09-2009

Google Glass gözdən əlillərə şəhərdə səmti müəyyən etməyə kömək edəcək

29-06-2015

Məktəblərdə telefondan istifadə məhdudlaşdırıla bilər

20-08-2019

Bank of Baku startap layihəmizə dəstək oldu

26-07-2016

Övladlığagötürmə prosesinin elektronlaşdırılmasında şəffaflıq təmin ediləcəkdir

25-01-2019

“Kaspersky” "Təhlükəsiz internet" mövzusunda seminar keçirib

06-03-2020

Unibank öz pulköçürmə sistemini yaradıb

20-10-2016

“Valideynlər övladını kibertəhlükədən qorumur”

15-11-2016

Övladlığagötürmə ilə bağlı elektron qaydada necə müraciət edilir?

18-02-2020

"Neuralink" gələn il kor xəstədə görmə bərpası əməliyyatı planlaşdırır

05-09-2025

Şagirdləri internetdə zərərli məlumatlardan necə qorumaq olar?

15-09-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə