“Youtube” bu dəfə də təhlükəsizlik xidməti əməkdaşını zibilə saldı

01-09-2010 / 07:32

Texas şəhərində avtomobil satış mərkəzlərinin birində mühafizəçi işləyən gəncin özü çəkdiyi videonu “Youtube”a yerləşdirməsi məhkəmə üçün sanballı sübut oldu.

Iş vaxtı bitəndən sonra mərkəzin işçiləri bütün avtomobilləri mühafizəçiyə təhvil verib evə gedirlər. Təlimata əsasən iş vaxtı bitəndən sonra heç kəs ofisdə qalmamalı idi və hamı bu qaydaya ciddi əməl edirdi. Bunu fürsət bilən təhlükəsizlik xidməti əməkdaşı da hər axşam bəyəndiyi avtomobilləri şəhərə çıxararaq “avtoşluq” edirmiş. Amma sonuncu dəfə 650 at gücü “Corvette ZR1”-lə küçələrdə yer yazmaq ona baha başa gəldi.

Yüz min dollar dəyərindəki təzə avtomobilin sürət qutusunun sıradan çıxması və təkərlərin aşınması firma rəhbərliyini müştəri qarşısında çox pis vəziyyətdə qoyur. Müştəri bir gün sonra avtomobili götürməli idi. Lakin həmin gün yaylan videoya baxarkən bütün suallara cavab tapılır. Mühafizəçi işdən azad edilir və istintaq təcridxanasına göndərilir.

mənbə: lent.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə