“ZİRVƏ” layihəsinin açılış mərasimi keçirilib

06-05-2025 / 15:44
“ZİRVƏ – Zəfər idarəçisinin rəhbərlik vizyonu və ənənələri” layihəsinin açılış mərasimi keçirilib.
 
Xeberler.az bildirir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən reallaşdırılır.
 
Məqsəd Prezident İlham Əliyevin zəfər siyasətinin idarəetmə və liderlik sahəsində tətbiqini müzakirə etmək və bu siyasətdən ilham alan işgüzar şəxslərin bilik və bacarıqlarını artırmaqdır.
 
Öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Mərasimdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov çıxış ediblər.
 
Rəsmilər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculuğu siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən özünün ən dinamik dövrünü yaşadığını qeyd ediblər. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin idarəetmə sahəsində həyata keçirdiyi tədbirlər və çoxşaxəli islahatlar ölkəmizin tərəqqisinə əsaslanıb.
 
Tədbirdə Prezident İlham Əliyevin Zəfər siyasətinə həsr olunmuş, idarəetmə və liderlik mövzusunu əhatə edən eyni zamanda ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyətinə dair videoçarxlar nümayiş etdirilib, təqdimat baş tutub.
 
Sonra “İdarəetmədə yeni çağırışlar” mövzusunda panel müzakirələr reallaşdırılıb.
Layihəyə əsasən 6 may - 6 iyul 2025-ci il tarixində müxtəlif dövlət və özəl sektordan olan 150 rəhbər şəxs “Dövlət rəsmiləri ilə təcrübə mübadiləsi” görüşlərində və “İdarəetmədə innovativ liderlik bacarıqları” mövzularında təlimlərdə, "ASAN xidmət" təcrübəsi ilə tanışlıq tədbirlərində iştirak edəcək. Həmçinin işğaldan azad edilmiş ərazilərə infoturlar təşkil ediləcək və “Təəssüratlar toplusu” onlayn kitabı nəşr olunacaq.
 
 
 
 
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə