Previous Next
Bağla

“Azercell” şəbəkə infrastrukturunu genişləndirir

27-04-2026 20:38
“Azercell” şəbəkə infrastrukturunu genişləndirir

Abunəçilərinə ən yüksək müştəri təcrübəsini təqdim etməyi prioritet kimi müəyyən edən “Azercell Telekom” MMC 2025-ci il ərzində şəbəkə infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsi, süni intellekt əsaslı idarəetmə mexanizmlərinin tətbiqi, kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi və böhran davamlılığının artırılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirib. Şirkətin təşəbbüsləri milli rəqəmsal ekosistemin dayanıqlılığının möhkəmləndirilməsinə mühüm töhfə verib.

Hazırda 5 milyondan çox abunəçiyə xidmət göstərən Azercell-in ölkə üzrə coğrafi əhatə dairəsi 95,6%, əhali üzrə əhatə səviyyəsi isə 98,6% təşkil edir. Artan data trafiki və sürətlə dəyişən istifadəçi davranışları şəbəkənin optimallaşdırılmasını şirkətin əsas prioritetlərindən birinə çevirib. İl ərzində 220-dən çox mövcud baza stansiyası modernləşdirilib, Bakı, Abşeron və Sumqayıt üzrə 50, regionlarda isə 218 olmaqla ümumilikdə 268 yeni baza stansiyası istifadəyə verilib. Nəticədə ölkə üzrə LTE (4G) baza stansiyalarının sayı 3860-ı ötüb.

Eyni zamanda, şirkət beynəlxalq GSM Assosiasiyası (GSMA) və süni intellekt, bulud texnologiyaları, eləcə də analitika sahəsində qlobal liderlərdən biri kimi tanınan IBM ilə strateji əməkdaşlığını genişləndirərək şəbəkə optimallaşdırılması proseslərində generativ süni intellekt əsaslı həllərin tətbiqinə başlayıb. Bu çərçivədə həyata keçirilən təşəbbüs əl əməyinə əsaslanan təhlil proseslərini əhəmiyyətli dərəcədə azaldaraq şəbəkə performansının daha sürətli və dəqiq qiymətləndirilməsinə imkan yaradıb. Qərar qəbuletmə mexanizmlərinin çevikliyi artıb, optimallaşdırma prosesləri isə daha məlumat əsaslı şəkildə həyata keçirilib. Layihənin “GSMA AI Use Case Library”də yer alması Azercell-in qlobal innovasiya ekosistemində fəal iştirakını və süni intellekt əsaslı transformasiya strategiyasının beynəlxalq səviyyədə tanındığını nümayiş etdirib.

Şirkət Azərbaycan Respublikasının 2023–2027-ci illər üzrə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyasını rəhbər tutaraq bu istiqamətdə də strateji yanaşmasını dərinləşdirib. Azercell daxili sistemlərdə süni intellekt texnologiyalarının tətbiqini genişləndirib, insidentlərin avtomatlaşdırılmış təhlili, zəifliklərin aşkarlanması və risklərin operativ qiymətləndirilməsi mexanizmlərini təkmilləşdirib. Real vaxt rejimində monitorinq imkanlarının gücləndirilməsi potensial kibertəhlükələrin qarşısının vaxtında alınmasına və ümumi aşkarlama səviyyəsinin yüksəldilməsinə şərait yaradıb.

Azercell-in “CyberCell” komandası “Critical Infrastructure Defence Challenge 2025” yarışında ikinci dəfə vitse-çempion adını qazanaraq kritik infrastrukturun qorunması sahəsində yüksək peşəkarlıq nümayiş etdirib. Şirkət mütəxəssislərinin “Black Hat USA 2025” və “DEFCON 33” kimi nüfuzlu beynəlxalq platformalarda iştirakı isə Azercell-in qlobal kibertəhlükəsizlik gündəliyində aktiv mövqeyini bir daha təsdiqləyib.

Eyni zamanda, Bakı Mühəndislik Universiteti və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən təşəbbüslər sektor üzrə bilik və bacarıqların artırılmasına, yerli ekspert potensialının gücləndirilməsinə xidmət edib.

Rabitə infrastrukturunun uzunmüddətli dayanıqlılığının təmin edilməsi məqsədilə Azercell-in təşəbbüsü ilə yaradılmış “Böhran İdarəetmə Qrupu” 2025-ci ildə fəaliyyətini genişləndirərək institusional əməkdaşlıq modelini daha da möhkəmləndirib. Bu çərçivədə ölkə ərazisində və Orta Dəhliz boyunca rabitə infrastrukturunun etibarlılığını və fasiləsizliyini təmin edən vahid koordinasiya mexanizminin formalaşdırılması istiqamətində işlər davam etdirilib. “Aztelekom” və “Azercosmos” nümayəndələrinin iştirakı ilə biznes davamlılığı, böhran kommunikasiyası, infrastrukturun operativ bərpası və informasiya təhlükəsizliyi üzrə praktiki təlimlər və ssenari əsaslı məşqlər həyata keçirilib. Bakı şəhərində və Qarabağ bölgəsində real vaxt rejimində keçirilən dayanıqlılıq testləri komandalararası koordinasiyanın effektivliyini nümayiş etdirib, milli peyk imkanlarından istifadə etməklə rabitə xidmətlərinin fasiləsizliyinin təmin olunması uğurla sınaqdan keçirilib.

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan Azercell innovativ texnoloji həllər və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan yanaşması ilə Azərbaycanın rəqəmsal transformasiyasına töhfə verməyə davam edəcək.

 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir

15-09-2025

Azercell-in komandası “CIDC-2025” yarışında böyük uğur qazanıb

13-10-2025

Ölkənin lider mobil operatoru hədəflərinə doğru əzmlə addımlayır

02-04-2024

Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir

14-05-2026

Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitəni gücləndirir

23-02-2026

Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir

08-04-2026

Azercell “CyberCell Hackathon”a start verir

18-10-2025

Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu

24-04-2026

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025

Azercell-in LTE istifadəçilərinin sayı 1 milyonu keçdi

03-01-2019

Azercell və GSMA əməkdaşlığı gücləndirir

24-09-2024

Azercell Süni İntellekt əsaslı Virtual Assistent xidmətini istifadəyə verir!

29-08-2022

Azercell baza stansiyalarının sayını artırıb

08-07-2015

Azercell AVRO-2020-də yüksəkkeyfiyyətli mobil şəbəkə təqdim edir

18-06-2021

Azercell Amazon ilə tərəfdaşlıq qurur

07-10-2025

Azercell-in ölkədə neçə baza stansiyası var?

31-03-2017

“Azercell” kiber- təhlükəsizlikdə ölkədə top üçlükdədir

04-11-2023

Azercell-in prezidenti “GSMA M360 Eurasia 2025” konfransında çıxış edib

23-05-2025

Azercell şəbəkəsi güclənməkdə davam edir

10-06-2015

Azərbaycan süni intellektə hazırlıq səviyyəsinə görə ən yüksək irəliləyiş əldə edib

05-01-2026

Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri cənab Rəşad Nəbiyev Azercell ilə  görüş keçirib

23-08-2022

Azercell “CyberCell Hackathon” müsabiqəsinin qaliblərini elan edib

31-10-2025

İİTKM Böyük Britaniyanın beynəlxalq müsabiqəsində qalib olub

13-10-2025

“Aztelekom” daha bir beynəlxalq mükafata layiq görülüb

04-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə