Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında qanun layihəsi hazırlanır

05-02-2009 / 14:45

“Bu ildən başlayaraq 2012-ci ilə qədər, Azərbaycanda müəllif hüquqlarının müdafiəsi ilə bağlı dövlət proqramı həyata keçiriləcək”.

Bunu Respublika Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib. Onun sözlərinə görə, Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar, ölkədə müəllif hüquqlarının qorunması qurumun tələblərinə uyğunlaşdırılacaq. Bu məqsədlə Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında qanun layihəsi hazırlanıb.

“Qanunun əsas məqsədi ondan ibarətdir ki, 2005-2006-cı ilə qədər fəaliyyətdə olan dövlət proqramı piratçılığa qarşı daha da səmərəli işləyə bilsin. Qanunun bir xüsusi fəsli var ki, bu da inzibati addımlara aiddir. Qanun layihəsində gələcəkdə agentliyin nəzdində əqli mülkiyyət mərkəzi yaratmaq və onun əsasında bazara çıxarılan, tərkibində əqli mülkiyyət olan malların hər birinin ekspertizadan keçirilməsi və onlara xüsusi holoqram yapışdırılması nəzərdə tutulub”.
/ANS TV/


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə