Erməni telekanalları Azərbaycan efirində!!!

14-04-2009 / 14:04

Qazax rayonunun sərhəd kəndlərində Azərbaycan televizyalarınının verlişlərini izləmək mümükünsüz olub. Səbəb erməni telekanallarının Azərbaycan teleməkanına soxulmasıdır.

Hazırda əhali respublikada gedən ictimai-siyasi prosesləri yalnız peyk antenası vasitəsilə izləyə bilir. Xüsusən Quşçu Ayrım, Fərəhli Məzəm, Kəmərli, Qaymaqlı, Cəfərli, Daşsalahlı kəndlərində Azərbaycan televizyalarını izləmək mümkün deyil.


Kənd sakinlərinin bildirdiklərinə görə, sözügedən kəndlərdə əhali məcburən ən azı 3 erməni kanalına baxır. “Ermənilərin 3 telekanalı kəndlərdə açıq-aydın göstərir. Bəzi hallarda rus dilində verilişlər zamanı Azrbaycana qarşı iftira və yalan dolu proqramlar yayımlanır. İşğal olunan torpaqlardan verilişlər verilir”, - deyə sakinlər əlavə bildiriblər.


Faktı Teleradio İstehsalat Birliyinin Radio Televiziya Yayım Filialının Qərb bölgəsindən də təsdiqləyiblər. Hazırda bunun qarşısını almaq üçün müxtəlif təkliflər üzərində iş aparılır. SİA
      


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə