İnformasiya təhlükəsizliyi üzrə Azərbaycan milli standartlarının tətbiqinə başlanılacaq

16-05-2009 / 12:57

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin sədrlik etdiyi Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi tərəfindən informasiya təhlükəsizliyi üzrə ISO/IEC 15408-2008  beynəlxalq standartının 2-ci və 3-cü hissələrinin əsasında hazırlanmış Azərbaycanın milli standartlarının layihəsi dövlət qeydiyyatına alınması üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunub. Standartların yaxın zamanda qeydiyyata alınaraq tətbiq ediləcəyi gözlənilir.

Xatırladaq ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə yaratdığı Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitənin əsas məqsədi - informasiya-kommunikasiya texnologiyaları sahəsində beynəlxalq standartların tətbiqi və milli standartların hazırlanması, müvafiq tənzimləyici normativ sənədlərin işlənilməsi, onlardan istifadənin effektivliyinin artırılması, beynəlxalq və dövlətlərarası standartlaşdırma işlərində iştirak edilməsidir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə