“Azercell”də təcrübə proqramı şirkəti daha yaxından tanımağa və şirkətimizdə karyera qurmağa real imkanlar yaradır. Təcrübə proqramı uğurlu namizədlərə bacarıqlarını və telekommunikasiya sahəsində təcrübələrini inkişaf etdirməyi həmçinin maraqlı və məsuliyyətli layihələrə qatılmağı təklif edir.
Bu il Yay təcrübə proqramı İKT-nin ən dinamik qruplarından birində- Servis və Məhsulların İnkişaf etdirilməsi qrupunda nəzərdə tutulmuşdur. Təcrübənin müddəti 3 ay təşkil edəcək.
Proqram çərşivəsində təcrübəçi:
Yeni proqramların yaradılmasında iştirak edəcək
Mövcud olan proqramlar üçün yeni modulların hazırlayacaq
Servis və məhsulların hazırlanmasında yeni bilgilər qazanacaq
Layihələrdə iştirak edəckdir
Namizədlərdən tələb olunanlar:
Ali texniki təhsil (kompüter elmləri) – bakalavr dərəcəsinin sonuncu kursunda təhsil alanlara üstünlük veriləcək
Proqramlaşdırma sahəsində azı 1 il iş təcrübəsi (Java, C/C++), SQL, Oracle, RDBMS, Veb proqramlaşdırması
Unix üzrə təməl biliklər
Azərbaycan dili, Rus dili, İngilis dili
Namizədlər akademik performansları, nəzəri bilgiləri və İKT sahəsinə göstərdikləri maraqları sayəsində seçiləcəklər. Son seçim turu dəyərləndirmə və üz-üzə keçirilən müsahibələrdən ibarət olacaq.
Proqramda iştirak etmək istəyənlər tərcümeyi-hallarını [email protected] ünvanına 01 avqust 2009-cu il tarixinədək göndərə bilərlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri