2010-cu ildə internetdə “.eco” adlı yeni domen yaradılacaq. Ehtimal ki, həmin domendən ekologiya təşkilatları, yaxud bərpa edilə bilən enerji mənbələri və ya digər “yaşıl” məhsullarla məşğul olan şirkətlər istifadə edəcəklər. Lakin bu domendən istifadə hüquqları məsələsi iki ekologiya qrupu arasında fikir ayrılığına səbəb olub.
Eco.az-ın verdiyi xəbərə görə, ABŞ-ın keçmiş vitse-prezidenti Albert Qorun dəstəklədiyi “Dot Eco” təşkilatı həmin domeni almaq istəyənlərin hamısına onu satmağı, sonra isə əldə edilmiş gəlirlərin 57 faizini ekologiya təşkilatlarına yönəltməyi təklif edir.
Mixail Qorbaçov (“Yaşıl Xaç” təşkilatı), habelə Ümumdünya Yabanı Təbiət Fondu tərəfindən dəstəklənən “Big Room” qrupu isə bu domeni yalnız ekologiya təşkilatlarına və ətraf mühitin qorunması ilə bağlı tədbirlər görən şirkətlərə verməyi təklif edir. Lakin bu halda əməliyyat xərcləri daha yüksək olacaqdır. Ona görə də “Big Room” qrupunun ekoloji layihələrə sərf etməyə hazırlaşdığı məbləğ gəlirlərin cəmi 25 faizini təşkil edəcəkdir.
Hazırda həmin qruplar arasında danışıqlar aparılır. “Dot Eco” təşkilatının həmtəsisçisi Maynor Çaylders deyir: “Məsələyə yanaşmaların fərqli olmasına baxmayaraq, tərəflər razılığa gəlməli, bunun üçün isə danışıqlar masası arxasına keçməlidirlər. Biz ekoloji layihələr üçün dünyada ən iri donorlardan biri ola bilərik”.
“.eco” domeni özəl sektoru təmsil edən İCANN adlı müstəqil, qeyri-kommersiya təşkilatı tərəfindən qəbul edilmiş yeni qaydalar üzrə yaradılıb. Bu təşkilatın vəzifəsi İnternet şəbəkəsində funksiyaların texniki baxımdan əlaqələndirilməsini idarə etməkdir. İCANN təşkilatının yeni qaydaları birinci səviyyəli domeni qeydiyyata almaq istəyən hər kəsə bu barədə sifariş göndərməyə imkan verir. Buna görə də gələcəkdə “.eco” ilə yanaşı “.green” və ya “.earth” kimi başqa ekoloji domenlər də yaradıla bilər. Lakin bunun üçün İCANN həmin domenlərin yaradılmasına razılıq verməlidir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları