USB, fləş yaddaş kartları hər gün istifadə etdiyimiz cihazlar arasındadır. Artıq bu cihazlarsız məlumatlarımızı necə saxlayacağımızı və köçürməyi təsəvvür belə etmirik. Hal-hazırda demək olar ki, bütün cihazların bir USB portu var. USB fləş yaddaşlar da ciblərdə, açarlıqlarda asanlıqla daşınır.
Təbii ki, USB və fləş yaddaşlarda asanlıqla məlumatın köçürülməsi və daşınması virusların da yayılma sürətini artırır. Xüsusilə internet kafelər, nəşriyyatda, redaksiyalarda bu cihazlardan diqqətsiz istifadə virusların USB yaddaşlardan sistemlərə, hər kəsin bağlandığı sistemlərdən də USB yaddaşlara sürətlə keçməsinə səbəb olur.
Bəs bu problemin səbəbi nədir? Microsoft Windows-un autorun,yəni avtomatik başlatma xüsusiyyəti problemin əsas səbəblərindən biridir. USB yaddaşlar, sabit disklər, yaddaş kartları kimi daşına bilər media anbarları ilişdiyində autorun işləməyə başlayır. Bu xüsusiyyət əslində istifadəçilərin işini yüngülləşdirmək üçün nəzərdə tutulub. Çox təəssüf ki, pis məqsədlərlə istifadə edilərək virusların yayılmasını təmin edir.
USB və fləşlər vasitəsilə virusların yayılmasının qarşısını almaq üçün birinci növbədə anti-virus proqramlarından istifadə etmək lazımdır. Anti-virus proqramları ilə bu cihazları yoxlamadan açmamaq məsləhət görülür. Bundan əlavə Windows-un autorun xüsusiyyətini bağlamanız və ehtiyacınız olan proqramları özünüz basaraq işlətməniz zəruridir. Microsoft-un kömək etmək üçün olan məlumatları arasında bunu necə edəcəyinizi (bu linkə tıklayın) tapmaq olar.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri