Azərbaycanın mobil rabitə operatorları 3G lisenziyası almaq üçün ərizə veriblər

14-10-2009 / 16:39

Azərbaycanın mobil rabitə operatorları 3G standartında rabitə xidmətinin göstərilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət ediblər, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çərşənbə günü jurnalistlərlə söhbətində deyib.

Nazirin sözlərinə görə, nazirlik hazırda lisenziyaların verilməsi məsələsinə baxır. Müraciətlər əsasında operatorların müvafiq lisenziyanı almaları üçün şərtlər hazırlanacaq.

Lisenziyanın hökumət tərəfindən müəyyən edilən rəsmi məbləği 11 min manatdır. Hazırda operatorlar tərəfindən üçüncü nəsil standartlarının tətbiqi üçün LTE UMTS texnologiyaları nəzərdən keçirilir.

Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, 3G standartlarını tətbiq etmək üçün operatorlar şəbəkələrin istismara verilməsi işlərinin mərhələləri haqqında, avadanlıqların texniki xarakteristikası haqqında, 3G eksperimental zonasının yaradılması təcrübəsi haqqında məlumatlar, həmçinin "Telekommunikasiya haqqında" dövlət qanununa müvafiq olaraq Dövlət Komitəsinin radiotezlkilər üzrə rəyini təqdim etməlidirlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə