Nokianın liderliyi davam edir

20-05-2010 / 14:16

Mobil telefon bazarında rəqabət günü-gündən artır. Demək olar bu bazarda hər həftə yenilik baş verir. Bütün telefon markaları bir nömrə olmaq uğrunda mübarizə aparır.

Bu günlərdə iSuppli adlı şirkəti telefon markalarının satışına görə reytinq cədvəlini açıqlayıb. Məlumata görə, ən çox satılan telefon markasi Nokiadır. Nokiadan sonra ikinci yerdə Samsung gəlir. Üçlüyü LG Electronics tamamlayır. Satışda ən böyük geriləməni Motorola yaşayıb. Motorolanın satışı 50% aşağı düşüb.

Mütəxəssislərin fikrinə görə, Apple telefonları ilin sonunadək ilk üçlüyə düşəcək. Motorola şirkətinin də bu qədər geriləmədən sonra yeni məhsulu ilə hamını təəcübləndirəcəyi gözlənilir.    


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə