Nokia sevənlərin ən çox müraciət etdikləri sayt olan Symbian-Guru.com fəaliyyətini dayandırıb.
1999-cu ildən Nokia sevənlərdən biri olan və Symbian-Guru.com saytını yaradan Ricky Cadden Nokiadan ümüdünü kəsdiyini bildirib.
Adden bununla bağlı şəxsi blogunda bunları yazıb: “Bundan sonra N97 kimi işə yaramayan bir modeli “ən yaxşı” kimi bazara çıxardan bir firmanı dəstəkləyə bilmərəm. Nokia öz əməkdaşlarının belə istifadə etmədiklərini müştərilərinin istifadə etməsini istəyir. Bu istifadəçini aldatmaq deməkdir. İstifadəçilərinin maraqlarını əsas tutduğunu söyləyən, digər tərəfdən isə baş verənləri görməyən bir firmanın əsla tərəfini saxlamaram. 3 il 8 aydan sonra Symbian-Guru.com fəaliyyətini dayandırır və biz artıq Nokianı dəstəkləməyəcəyik. ”
Nokia istifadəçiləri arasında böyük nüfuza malik bir insanın onun haqqında belə kəskin tənqidi fikir söyləməsi heç də ürəkaçan deyil. Bu açıqlamanın dünya miqyasında ən çox satılan modellərdən biri olan Nokianın müştərilərinin sayına mənfi təsir göstərəcəyi gözlənilir.
ELMAR.V
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri