“Toshiba” şirkəti rekord həcmdə flaş-yaddaş modulunu təqdim edib. 128 giqabaytlıq çip smartfon, planşet kompyuterlərində və digər portativ qurğularda tətbiq edilə bilər.
Xeberler.az-ın nauka21vek.ru saytına istinadən verdiyi xəbərə görə, yapon şirkətinin hazırladığı yaddaş modulu hər biri 8 giqabayt həcmində olmaqla 16 NAND-çipdən ibarət olacaq. Bir çipin qalınlığı 30 mikrometrdir. Yeni çiplərin qiyməti ilə bağlı hələ ki, heç bir məlumat verilməyib. Həmin qurğular 2011-ci ildə satışa çıxarılacaq.
Yeni modullar mobil qurğuların yaddaş həcmini əhəmiyyətli dərəcədə artıracaq.
Belə ki, 128 giqabaytlıq yaddaşda 1080p formatında olan 16 saatlıq HD-video və ya 2200 saatlıq musiqi parçalarını saxlamaq olar.
V.ELMAR
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri