Rasto Kuzel: “Müşahidə missiyası olaraq KİV-lərlə bağlı situasiyanın monitorinqinə xüsusi diqqət ayıracağıq”
“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda parlament seçkilərini müşahidə edən missiyasının kütləvi informasiya vasitələri ilə bağlı situasiyanın müşahidə olunmasına xüsusi diqqət ayıracaq, çünki iyunda açıqlanan hesabatda bu məsələ narahatlıq doğuran məqam kimi qeyd olunmuşdu”.
Bu açıqlamanı ATƏT DTİHB-in müşahidə missiyasının media analitiki Rasto Kuzel verib. O bildirib ki, missiya 7 televiziya kanalının və 4 qəzetin monitorinqini aparır: “Biz seçkilərin KİV-də işıqlandırılmasının keyfiyyət və kəmiyyət analizini aparırıq. Biz həmçinin bütün namizədlərin KİV-ə bərabərhüquqlu çıxışının olub-olmadığı, onların öz fikirlərini elektorata çatdırıb-çatdıra bilmədiyini araşdırmalıyıq”.
Analitik missiya çərçivəsində KİV-in müşahidəsinin aparılmasına dair müvafiq komanda formalaşdırıldığını, monitorinqin nəticələrinin aralıq hesabatlarda öz əksini tapacağını deyib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri