Maliyyə böhranı nəticəsində İT-şirkətlərin satış həcmi 170 milyard ABŞ dolları azalacaq
Bloomberg agentliyinin rəyinə əsasən, Microsoft, Intel və informasiya texnologiyaları sahəsinin digər nümayəndələrinin 2009-cu ildə satış həcmi, maliyyə böhranı nəticəsində 170 milyard ABŞ dolları azalacaq.
Bu, ümumi həcmi 3,41 trilyon dollara qiymətləndirilən bazar üçün 2001-ci ildən etibarən ilk ən güclü enmə halı olacaq.
Satış həcminin enməsi şirkətlərin kompüter, proqram təminatları və şəbəkə avadanlığının alınmasına dair korporativ xərclərinin azalması nəticəsində baş verəcək. Bəzi fikirlərə görə, xərclərin maksimal azalması 2009-cu ildə 5% təşkil edəcək.
Şirkətlərin korporativ xərclərinin azalmasına səbəb isə, hazırda kəskin nağd pul defisiti yaşayan banklar tərəfindən kredit ayrılma səviyyəsinin aşağı düşməsidir, ProIt yazır.
Kaliforniyanın iSuppli tədqiqat mərkəzi İT-şirkətlərin 2008-ci ildə gəlirlərinin artmasına dair proqnozları 4%-dan 3,5%-dək aşağı salıb. Bununla yanaşı proqnozun yenidən baxılması istisna deyil.