Sosial media nədir? (ARAŞDIRMA)

07-05-2011 / 15:54

Eldar Mirzəliyev

İnformasiya Texnologiyaları (İT) mütəxəssisi

Cəmiyyət inkişaf etdikcə insanların dünya baxışları dəyişir. Bir vaxtlar internet istifadəçiləri yalnız gənclər idisə, indi yaşlılar və uşaqlar, qadınlar və kişilər, bir sözlə, hər kəs internet istifadəçisinə çevrilib. Artıq həyatımızda “Sosial media” var.

Sosial media nədir? Sosial media -  sosial ünsiyyət və paylaşma üçündür. Sosial media daha əlçatan və veb əsaslı texnologiyaladan istifadə etməklə  ünsiyyəti interaktiv dialoqa çevirir. Yeni media vasitələri: elektron informasiya saytları, sosial şəbəkələr, bloqlar, mikro bloqlar, ani ünsiyyət proqramları (msn,skype və s.), forum kimi insanların bir-birilə ünsiyyətinə və informasiya mübadiləsinə şərait yaradan sayt və proqramlar sayəsində internet istifadəçiləri axtardıqları və maraqlandıqları məlumatları əldə etmiş olurlar.

Siz də öz informasiyanızı ilk öncə 1 neçə nəfər və ya kiçik qruplar arasında paylaşa bilərsiniz, amma şəbəkəniz artdıqca siz daha geniş kütləni məlumatlandırmış olacaqsınız. Lakin informasiyanızı paylaşmadan öncə, sosial medianı izləməli və insanların necə dialoq yaratdığını anlamaq lazımdır.

Yeni medianın yaranması hardasa keçən əsrə təsadüf edir. İnternet  vasitəsi ilə informasiyanı dəqiq, tez və daha böyük kütləyə çatdırılması nəzərə alınaraq sosial şəbəkələr və elektron informasiya saytları yaradılmağa başladı. İlk sosial şəbəkə 1979-cu ildə “Usernet” adı altında yaradılsa da, populyarlıq qazana bilmədi.

Ümumiyyətlə, sosial şəbəkə nədir? Sosial şəbəkə - İnternet istifadəçilərinin bir-biri ilə tanışlığı, informasiya mübadiləsi, müxtəlif mövzular ətrafında müzakirələrin aparılması üçün yaradılmış internet saytlardır. Misal olaraq, son zamanlar daha çox yayılmış Facebook-u göstərmək olar.

Elektron informasiya saytları artdıqca informasiyanın operativ və sürətli çatdırılmasına ehtiyac duyuldu, bununla da bloqlar yaradıldı.

Bəs bloq nədir? Bloqun hərfi mənası “web gündəliyi” deməkdir. Bloqlar bir və ya bir neçə nəfər, birlik və ya təşkilatlar tərəfindən yaradıla bilər. Beləliklə, hər kəs özünə bloq yaratmaqla həvəskar jurnalist (blogger) ola bilər. Bloqda yazılan yazılar heç bir senzuraya məruz qalmadığı üçün bütün dəqiqliyi ilə çatdırıla bilir.

Lakin, dünyanın hər hansı bir yerində olan bir yeniliyi daha tez çatdıran platformalar mikro bloqlardır. Bu platformalardan informasiyanı bir neçə cümlə ilə telefondan belə yayımlamaq olar.

Müxtəlif mikro bloq saytları var: www.tumblr.com, www.plurk.com, www.jaiku.com, www.posterous.com,www.yammer.com və s.

Amma hər zaman mikro bloqlar dedikdə, ağıla ilk öncə Twitter gəlir. Hər şeydən əvvəl o, sadəliyi ilə hər kəsi cəlb edir və 140 simvol ilə bu an nə etdiyimizi yazmaq imkanı verir. Twitter ingilis dilindən tərcümədə “civ-civ etmək”, “dil-dil ötmək” deməkdir.

Gəlin qisaca Twitter tarixinə nəzər salaq.

Ruby on Rails web platforması üzərində yaradılmış Twitter 2006-cı ilin mart ayında prototip olaraq 2 həftəlik meydana çıxsa da, 2006-cı ilin avqust ayında rəsmi olaraq istifadəyə verildi və 2007-ci ilin may ayında şirkətə çevrildi. Həmin il servisdə 6 günlük problem yarandı. 2008-ci ilin əvvəllərində isə Twitter yeni bazalar əsasında yerini Amazon S3 serverləri üzərində dəyişdi. Bu da servisin sabitləşməsinə gətirib çıxardı.

Hal-hazırda şirkətdə 400 nəfər ştatlı əməkdaş işləyir. Bu da şirkətin daima uğur qazanmasına və Twitter istifadəçilərinə növbəti 5 illikdə də layiqincə xidmət etməyə imkan verir.

Statistikaya görə, Twitterdə hər gün 500000 nəfər istifadəçi qeydiyyatdan keçir. Elə bunun nəticəsidir ki, istifadəçilər hər gün 140 milyon twitt əlavə edirlər, bu da 8 günə 1 milyarddan çox twitt deməkdir. Nəzərə alaq ki, ilk milyarda 3 il 2 ay 1 gün tələb olunmuşdu.

Məncə, 160 simvoldan ibarət sms yazmağı bacaran cəmiyyət, 140 simvoldan ibarət mikro bloq yazmağı da rahatlıqla bacarar. 

Eldar MİRZƏLİYEV
İnformasiya Texnologiyaları (İT) mütəxəssisi


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə