Azərbaycan proqram təminatını qanuniləşdirir...

22-06-2011 / 20:32
Azərbaycan hökuməti Microsoft şirkəti ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən Azərbaycanda bütün dövlət orqanları lisenziyalı proqram təminatından istifadə edəcək. Azərbaycan hökuməti Elektron Azərbaycan layihəsinin reallaşdırılmasında yanlız lisenziyalı proqram təminatından istifadə etmək öhtəliyini götürüb.
Proqram təminatının qanuniləşdirilməsi müqaviləsi həm də Azərbaycanda hazırda 88%-ə çatmış komputer piratçılğına (Proqram təminatı istehsalçıları Assosasiyası, may 2011) qarşı mübarizəyə də hesablanıb.
Microsoft-Azerbaijan-nın baş meneceri Teymur Axundov bildirib ki, " Microsoft Azərbaycan kimi son vaxtlar mühüm iqtisadi artıma nail olan bir ölkəylə Proqram təminatı üçün satış bazarının formalaşdırılması, yeni investisiyaların cəlb olunması və yeni iş yerlərinin açılması istiqamətində müqavilələrin imzalanması imkanlarını araşdırır."

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə