“Yeni medianın tədrisinin təkmilləşdirilməsi ” layihəsi çərçivəsində işlər davam etdirilir

09-01-2012 / 16:14
Daha öncə də məlumat verdiyimiz kimi, “Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsinin icrasına başlanılıb və  bir müddət öncə layihə çərçivəsində "Yeni media : peşəkarlıq və kard təminatı" mövzusunda Konfrans  keçirilib.

Xeberler.az olaraq layihənin icrası və gedişatı ilə bağlı Multimedia Mərkəzinin rəhbəri Osman Gündüzlə əlaqə saxladıq. 
 
Osman Gündüz bildirdi ki, layihənin icrası ilə əlaqədar işlər uğurlar davam etdirilir: "Hazırda yeni media sahəsi ilə əlaqli fənlərin tədris modellərinin hazırlanması, layihə çərçivəsində jurnalistika təhsili verən hər bir ali təhsil müəssisəsi üçün nəzərdə tutulan onlayn qəzet, internet tv studiyanın yaradılmasıyla bağlı işlər görülür:

Hazırlıq işləri çərçivəsində  jurnalistika  fakültələri üçün tələbələrin təcrübə keçmələri və praktiki biliklərinin artırılması  məqsədilə tələbə onlayn qəzetinin vahid modul hazırlanır. Bu resurs onlayn laboratoriya rolunu oynayacaq. Həmçinin tələbələrin internet tv  və internet radio sahəsində praktiki vərdişlər əldə etməsinə köməklik üçün  internet tv studiya yaradılması istiqamətində işlər aparılır.

Cari ayın sonunda ali təhsil müəssisələrinin iştirakı ilə onlayn laboratoriyanın təqdimatının keçirilməsi nəzərəd tutulub. Həmçinin hər bir təhsl müəssisənin bununla əlaqəli nümayəndələrinə təlimlər də keçiriləcək.

Bundan əlavə, layihə çərçivəsində  Yeni media texnologiyalarının tədris edən müəllimlərə köməklik məqsədilə elektron tədris resurslarından ibarət  internet resurs da istifadəyə hazırlanır.

Məlumat üçün bildirək ki, ABŞ - Azərbaycan Media İnkişafı Fondu tərəfindən dəstəklənən layihənin əsas məqsədi jurnalistika təhsili verən ali təhsil müəssisələrində İnternet  medianın  tədrisini təkmilləşdirməklə jurnalistlərin peşəkarlığını yüksəltməkdən ibarətdir.
Həmçinin  layihənin qarşısında duran əsas vəzifə ali təhsil müəssisələrinin jurnalistika fakültələri üçün Yeni media texnologiyaları ilə bağlı seçmə fənlər blokundan, onların məzmunundan (tədris proqramları, sillabuslar, tədris-tematik planlar və s ) və digər zəruri tədris materiallarının nümunlərindən ibarət  yeni tədris modeli hazırlamaqdır.

Layihənin gedişi müddətində media biznesi sektorunda yeni media texnologiyaları ilə bağlı vəziyyəti ( iş yerləri , tələb-təklif münasibətləri, kadr problemi və s.) araşdırmaq, maraqlı tərəflərin iştirakı ilə  ictimai diskussiyalar keçirmək  nəzərdə tutulub.
 
Ellada Mustafayeva
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə