Mobil nömrənin daşınması məsələsi, deyəsən, yenə gündəmdən çıxarılıb. Bunu “Media forum” saytına Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, bəzi ölkələrin on illər bundan öncə etdiyini biz hələ də problemə çevirmişik.
Ekspertin qənaətinə görə, bunun bir neçə səbəbi ola bilər:
- Hansısa mobil operatora sərf etməməsi. Digər ölkələrin təcrübəsi göstərir ki, mobil nömrənin daşınması işə salınanda hansısa mobil operatoru minlərlə müştəri tərk edərək digər mobil operatora keçir;
- Mobil nömrənin daşınması üzrə informasiya sistemini idarə edəcək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mobil operatorlara diktəsi. Bildirilir ki, bu informasiya sisteminin texniki dəstəyinə görə nazirliyin Məlumat Hesablayıcı Mərkəzi hər mobil nömrə üçün operatorlardan 1 dollar istəyir.
Osman Gündüz hər mobil nömrə üçün operatorlardan 1 dollar istəyini anormal hal sayır: “Hər il 10 milyon dollara qədər vəsait! Absurddur. Deməli, heç nədən, nömrənin “ölü” olub-olmamasından, daşınıb-daşınmamasından asılı olmayaraq, sistem qurulandan sonra hansısa ciddi bir dəyişiklik olmadan hər il milyonlarla pul Məlumat Hesablayıcı Mərkəzə axmalıdır. Güman ki, belə olan təqdirdə operatorlar da bu pulu müştərilərdən alacaqlar”.
Osman Gündüzün sözlərinə görə, yenə də İKT sektorunda müstəqil tənzimləyici qurumun olmaması özünü göstərir: “Əlbəttə, mobil nömrənin daşınması dəyişikliyinin ilkin dövründə müştərilərin operator seçimində ciddi çalxalanmalar gözlənilə bilər. Amma istənilən halda artıq hamının cibində bütün operatorların nömrəsi olduğundan elə kəskin dəyişiklik gözləmək düzgün olmazdı. Yaxşı və ucuz mobil danışıq xidməti, yeni mobil xidmətlər, keyfiyyətli internet xidməti, yeni marketinq və qiymət siyasəti uğrunda “Azercell”, “Bakcell” və “Nar Mobile” arasında rəqabət isə kəskin artacaq”.
"Media forum"
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri