AMD şirkətinə yeni baş direktor teyin edilib

23-07-2008 / 16:30
Biri-birinin ardınca sayca 7-ci uğursuz rübdən sonra Advanced Micro Deviced (AMD) şirkəti baş direktor Qektor Ruizin hazırda prezident və baş əməliyyat direktoru Dirk Meyerlə əvəz olunması qərarına gəlib. Q.Ruiz isə öz növbəsində icraçı səlahiyyətli direktorlar şurasının sədri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, 2008-ci ilin ikinci rübünü şirkət 1,19 mlrd. ABŞ dolları məbləğində ziyanla başa vurub ki, bu göstərici ötən ilin həmin dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur, Lenta yazır.

Qrafik prosessorların işlənib hazırlanması və istehsalı ilə məşğul olan ATI Technologies şirkətinin birləşməsi ilə əlaqədar hazırda AMD-də struktur dəyişikləri həyata keçirilir. Həmçinin şirkət öz rəqibi olan, hazırda 45-nm texnoloji proses üzrə prosessor istehsal edən Intel şirkətinə çatmalıdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə