Startup Azərbaycan Yarımfinalçıları seçilib.

10-06-2014 / 10:02
Startup Azərbaycan Təşkilat Komitəsinin toplantısı keçirilib. Toplantıda Startup Azərbaycan Müsabiqəsində iştirak edən startupların 1-ci mərhələdə qiymətləndirməsinin nəticələri müzakirə edilib.

Məlum olduğu kimi Müsabiqəyə 42 startup müraciət etsə də Startup Azərbaycan Qaydalarına uyğun olan 28 startup yarışmaya buraxılıb və 1-ci mərhələdə ekspertiza üçün ekspertlərə göndərilib.
28 startupın 1-ci mərhələ qiymətləndirməsində Startup Azərbaycan Ekspert Komissiyasının 10 eksperti iştirak edib.

Ekspertlər startup komandaları tərəfindən təqdim edilən layihə məlumatları əsasında Layihəninideyası və davamlılığı, cəlbedici olması, riskləri, gəlirliliyi, əhatə dairəsi, komandanın təcrübəsi və s. istiqamətlər üzrə təhlil edərək qiymətləndirmə aparıblar.
Ekspertlərin qiymətləndirməsinin nəticələrinə əsasən Startup Azərbaycan TK-nın qərarı ilə   15 startup Startup Azərbaycan yarışmasında Yarımfinalçı seçilməklə mübarizəni davam etdirmək statusu qazanıb.

Yarımfinalçılar 2-ci qiymətləndirmə mərhələsi üçün 10 gün müddətində əhatəli biznes-planlar təqdim etməlidirlər. Biznes planların hazırlanmasına kömək məqsədilə ötən həftə Müsabiqədəiştirak edən startup komandalarına beynəlxalq və yerli ekspertlərin iştirakı ilə xüsusi Təlimlər də keçirilib. Yarımfinalçılar geniş biznes –planlar əsasında hazırladıqları təqdimatla Ekspertlər qarşısında oflayn formada layihələrinin təqdimatını etməlidirlər.

Yarımfinalçıların təqdimatları əsasında Ekspertlərin qiymətləndirməsi aparılacaq və Startup Azərbaycan 2014 Finalçılarını müəyyən olunacaq.
Startup Azərbaycan Yekun Təqdimat mərasiminin və ənənəvi Startup Azərbaycan Milli
Konfransının, finala çıxan startuplarla investorların qapalı görüşünün 3 iyul tarixdə keçirilməsi planlaşdırılır.

Startup Azərbaycan Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir.

Startup Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondu dəstək verir.

Startup Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.

Yüksək Texnologiyalar Parkı, İnfiPro, SİNAM və Bakcell şirkətləri Startup Azərbaycan-a dəstək verirlər.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə