“Startap Azərbaycan 2015” müsabiqəsində 13 startap yarımfinala çıxıb

18-04-2015 / 13:38

“Startap Azərbaycan 2015 “ müsabiqəsində 13 startap yarımfinala çıxıb.

Startap Azərbaycan Təşkilat Komitəsindən Xəbərlər-ə verilən məlumata görə, “ Startap Azərbaycan 2015” müsabiqəsində iştirak edən startapların 1-ci mərhələdə qiymətləndirməsi başa çatıb.  

Məlum olduğu kimi, müsabiqəyə 34 startap müraciət etsə də, Startap Azərbaycan qaydalarına uyğun olan 22 startap yarışmaya buraxılıb və 1-ci mərhələdə ekspertiza üçün ekspertlərə göndərilib.

Belə ki, 22 startapın 1-ci mərhələ qiymətləndirməsində Startap Azərbaycan Ekspert Komissiyasının 8  eksperti iştirak edib.

Ekspertlər startap komandaları tərəfindən təqdim edilən layihə məlumatları əsasında layihənin  ideyası və davamlılığı, cəlbedici olması, riskləri,  gəlirliliyi, əhatə dairəsi, komandanın təcrübəsi  və s. istiqamətlər üzrə təhlil edərək qiymətləndirmə aparıblar.

Ekspertlərin qiymətləndirməsinin nəticələrinə əsasən,  Startap Azərbaycan TK-nın qərarı ilə 13 startap yarımfinalçı seçilməklə Startap Azərbaycan yarışmasında mübarizəni davam etdirmək statusu qazanıb.

Yarımfinalçılar 2-ci qiymətləndirmə mərhələsi üçün 15 gün müddətində əhatəli biznes-planlar təqdim etməlidirlər.

Onu da qeyd edək ki,  biznes planların hazırlanmasına kömək məqsədilə ötən həftə müsabiqədə iştirak edən startap komandalarına beynəlxalq və yerli ekspertlərin iştirakı ilə  xüsusi təlimlər də keçirilib.
Yarımfinalçılar geniş biznes–planlar əsasında hazırladıqları təqdimatla  mayın 2-də ekspertlər qarşısında oflayn formada layihələrinin təqdimatını etməlidirlər.

Bu il müsabiqə qaydalarına edilən dəyişikliyə görə 2-ci mərhələ qiymətləndirmədə əsasən layihələrin ən azı ilkin demo  versiyası ( ilkin işlək  variantı) olan layihələrə üstünlük veriləcək. 

Yarımfinalçıların təqdimatları əsasında ekspertlərin qiymətləndirməsi aparılacaq və “Startap Azərbaycan 2015“ finalçıları müəyyən olunacaq.

Startap Azərbaycan yekun təqdimat mərasiminin və ənənəvi Startap Azərbaycan milli konfransının, finala çıxan startaplarla investorların qapalı görüşünün may ayında  keçirilməsi planlaşdırılır.

Startap Azərbaycan layihəsi Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir.

Layihəyə  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İT-nin İnkişafı Dövlət Fondu, Elektron Hökumət Portalının operatoru - MHM və Yüksək Texnologiyalar Parkı dəstək verir.

Startap Azərbaycan-ın Akademik partnyoru isə ADA Universitetidir. 

İnfiPro, SİNAM , SMART Systems, Cybernet və Happy Baku şirkətləri də Startap Azərbaycan-a dəstək verirlər.

Məltəm Talıbzadə

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə